GƏNC TAMAŞAÇILAR TEATRINDA XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİ YAD EDİLMİŞDİR
Bakı, 27 fevral (AZƏRTAC). Fevralın 26-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xocalı soyqırımının 18-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Teatrın direktoru, əməkdar artist Mübariz Həmidov, baş rejissoru, xalq artisti Cənnət Səlimova, Belarus Gənc Tamaşaçılar Teatrının baş rejissoru Natalya Başeva, xalq artisti Ağaxan Salmanlı və başqaları Xocalı soyqırımının beynəlxalq miqyasda tanıdılması, bu qanlı faciəni törədənlərin beynəlxalq məhkəmə qarşısında cavab verməsi üçün görülən işlərdən danışmışlar.
Şagirdlərin ifasında Xocalıya həsr olunmuş şeirlər səslənmişdir. Teatrın aktyorları Hüseynbala Mirələmovun “Yaddaş ağrısı” tamaşasından bir parça nümayiş etdirmişlər.
Sonda Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanmış “Dua” filmi göstərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]