“GƏNCƏ REGİONAL ENERJİ TƏCHİZATI” MMC-DƏ SAYĞACQURAŞDIRMA İŞLƏRİ SÜRƏTLƏNİR
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Gəncə, Goranboy, Samux, Xanlar və Daşkəsən enerjipaylayıcı şəbəkələrinin fəaliyyətini əlaqələndirən “Gəncə Regional Enerji Təchizatı” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) xidmət göstərdiyi 106 min 756 abonentin sayğacla təmin edilməsinə başlamışdır. Az vaxt ərzində 2442 sayğac quraşdırılmışdır.
MMC-nin apardığı müvafiq tədbirlər nəticəsində bölgədə yeni iş yerləri açılmışdır. İndiyədək yaradılan 80 yeni iş yerinə cəlb edilən işçilər müvafiq təlim keçəndən sonra müstəqil fəaliyyətə başlamışlar.