Gəncə şəhər stadionu mövsüm ərzində 240 min 650 tamaşaçı qəbul edib
Bakı, 27 may, AZƏRTAC
Gəncə şəhər stadionu mövsüm ərzində 240 min 650 tamaşaçı qəbul edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Premyer-liqasının 2015/2016-cı il mövsümündə tamaşaçı sayında rekord vuran “Kəpəz” futbol klubunun çempionat ərzində 18 ev oyununu stadiondan 240 min 650 azarkeş izləyib. İlk dövrədə azarkeş sayı 81 min 700, ikinci dövrədə 38 min 300, üçüncü dövrədə 79 min 650, son dövrədə isə 41 min olub.
Komandanın ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunda ən çox tamaşaçı fevralın 14-də XXI turda keçirilən “Kəpəz”-“Qarabağ” görüşündə qeydə alınıb - 20 min 400. Ən az azarkeş isə sonuncu dövrədə keçirilən “Kəpəz”-“Rəvan” oyununda olub - 8 min 100.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:20]
“Vilyarreal”ın qapıçısı silahlı basqın səbəbindən “Napoli” ilə oyunu buraxıb
- 14.10.2026 [13:05]
“Barselona” tarixi rekordu təkrarlayıb
- 14.10.2026 [12:45]