GƏNCƏNİN EMBLEMİ TƏSDİQ EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Gəncə şəhərinin embleminin yaradılması ilə bağlı keçirilən müsabiqəyə bu günlərdə yekun vurulmuşdur. Komissiya təqdim olunan 70-ə yaxın nümunədən birini seçərək müzakirəyə çıxarmışdır. Şəhər ziyalılarının, sənət adamlarının, alimlərin iştirakı ilə keçirilən müzakirədə bu nümunə təsdiq edilmişdir. Şəhər icra hakimiyyətinin sərəncamı ilə həmin emblemin şəhərin müxtəlif yerlərində vurulması, habelə Gəncədə istehsal olunan məhsulların üzərində əks etdirilməsi tövsiyə olunmuşdur.