GƏNCLƏRİN HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ KAMPANİYASI BAŞA ÇATDI
Kürdəmir rayonunda 18 yaşı tamam olmuş gənclərin Azərbaycan Ordusu sıralarına növbəti çağırış kampaniyası uğurla başa çatmışdır. Rayon hərbi komissarlığından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu gün Azərbaycan gəncləri Milli Ordu sıralarına mütəşəkkilliklə, böyük iftixar hissi ilə gedirlər. Yolasalma günləri hər dəfə əsl bayram təntənəsinə çevrilir.
Rayonda çağırış planı hələlik 90 faiz yerinə yetirilmişdir. Vətənə borcunu verməyə gedən gənclər hərtərəfli tibbi müayinədən keçmişlər. Yola salınanlar fiziki cəhətdən tamamilə sağlamdırlar.