Goranboyda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Goranboy, 10 avqust, E.Məmmədov, AZƏRTAC
Goranboy Rayon Polis Şöbəsinə rayonun Yeni Veysli qəsəbəsindəki mağazada oğurluq hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar zamanı mağazadan 170 manat nağd pul, ümumi dəyəri 500 manat olan müxtəlif növ tütün, alkoqollu və alkoqolsuz içkilərin oğurlanması məlum olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq vətəndaşa məxsus mağazaya daxil olaraq oğurluq etməkdə şübhəli bilinən Kəlbəcər rayon sakinləri Elnur Abuzərov və Fərid Alızadə saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər. Şübhəli şəxslərin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onların daha bir vətəndaşın evindən elektrik naqillərini oğurlamaları məlum olub.
Faktlarla bağlı Goranboy Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:11]
Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub
- 13.06.2026 [16:43]
Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub
- 13.06.2026 [16:36]
Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb
- 13.06.2026 [16:33]
Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu
- 13.06.2026 [16:15]
Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR
- 13.06.2026 [15:39]
Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb
- 13.06.2026 [15:26]
Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]