Goranboyda qanunsuz qum-çınqıl daşıyanlar cərimələniblər
Bakı, 16 mart, AZƏRTAC
Yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşımasının qarşısının alınması və aşkarlanması istiqamətində Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər görülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayonun Nadirkənd kəndi ərazisində qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən şəxslər müəyyən ediliblər.
Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib, həmin şəxslərlə profilaktik söhbətlər aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:55]
Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj
- 16.06.2026 [17:41]
Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub
- 16.06.2026 [17:19]