Göygöldə internat məzunu və əlilliyi olan gənclər üçün yay düşərgəsi təşkil olunub
Göygöl, 10 avqust, Elcan Məmmədov, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Göygöl Olimpiya İdman Kompleksində “İşimin adı” adlı internat məzunu və əlilliyi olan gənclərin məşğulluğuna dəstək üçün yay düşərgəsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, beşgünlük yay düşərgəsi çərçivəsində gənclər rayonun gəzməli-görməli yerləri ilə də tanış olublar.