GUAM-ın mənzil-qərargahında Fövqəladə hallar üzrə işçi qrupunun növbəti iclası olub
Kiyev, 31 mart, AZƏRTAC
Martın 30-31-də Ukraynanın paytaxtında, GUAM Katibliyinin binasında Fövqəladə hallar üzrə
işçi qrupunun (FHİQ) 12-ci iclası olub. İclasda təşkilatın iştirakçısı olan bütün dövlətlərin nümayəndələri iştirak ediblər. Bu barədə AZƏRTAC-a GUAM-ın mənzil-qərargahından məlumat veriblər.
Tərəflər 2015-ci il üçün FHİQ-nin iş planının yerinə yetirilməsi məsələsini nəzərdən keçirib, qəza hallarının qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması sahəsində fəaliyyət barədə fikir mübadiləsi aparıb, habelə başqa dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.
Növbəti profil iclası cari ilin noyabrında keçiriləcək.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev