Gülməmməd Məmmədov: Təkcə paytaxtda yox, regionlarda da belə mərkəzlərin yaradılması vacibdir
Bakı, 5 yanvar, AZƏRTAC
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzində əsaslı təmir və bərpadan sonra yaradılan şəraitlə tanış olublar. Hesab edirəm ki, mərkəz uşaqların asudə vaxtını səmərəli təşkil etmək, onların bilik, bacarıq və vərdişlərini inkişaf etdirmək baxımından çox faydalı olacaq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Gülməmməd Məmmədov deyib.
"Belə mərkəzlərin Azərbaycanda daha çox olmasını xeyli zamandır arzu edirdik. Artıq bu istiqamətdə önəmli addım atılıb. Bunu təqdir edirəm. Təkcə paytaxtda yox, regionlarda da belə mərkəzlərin yaradılması vacibdir. Regionlarda şagirdlərin elmə, texnologiyalara, təhsilə maraqlarının artması üçün belə mərkəzlərin fəaliyyət göstərməsi çox önəmlidir. Xaricdə də belə təcrübələr çox geniş yayılıb. İnkişaf etmiş ölkələrə baxsaq, belə mərkəzlərin sayının çox olduğunu görərik. Bu da gənclərin müxtəlif elm sahələrinə marağının artmasına, doğru istiqamətə yönəlməsinə imkan yaradır", - deyə Gülməmməd Məmmədov bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:02]
Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb
- 15.10.2026 [16:49]
BSU ilə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu yeni layihəyə başlayıb
- 15.10.2026 [16:47]
Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb
- 15.10.2026 [15:49]
Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib
- 15.10.2026 [15:42]