GÜRCÜSTAN PREZİDENTİ SIRAVİ ƏSGƏRDİR
Prezidentin İcra Aparatının başçısı Georgi Arveladze bildirmişdir ki, M.Saakaşvili artıq avqustun 5-dən qısamüddətli məzuniyyətdədir və onun yarısını Xaşuri rayonundakı Osiauri ehiyatçılar düşərgəsində hərbi xidmətini sərkərdə kimi deyil, sıravi əsgər kimi keçəcəkdir. O, burada təxminən 10 gün qalacaqdır.
Prezidentin bu qərarını Gürcüstan ictimaiyyəti birmənalı qarşılamamışdır. Bəziləri bunu gənclərin hərbi xidmətə cəlb olunmasında yaxşı nümunə kimi qiymətləndirir, bəziləri isə özünütəbliğ aksiyası hesab edir.