Gürcüstanda alpinisti ildırım vurub
Tbilisi, 12 avqust, AZƏRTAC
Gürcüstanın Svaneti bölgəsinin Şxelda dağının zirvəsində, dəniz səviyyəsindən 3800 metr yüksəklikdə alpinisti ildırım vurub.
AZƏRTAC xəbər verir ki, alpinistlər zirvəyə qalxarkən güclü yağış və tufana düşüblər. Onlardan Arçil Badriaşvilini ildırım vurub. Çətin şəraitdə qalan üç alpinist isə xilasedicilər tərəfindən təxliyə olunublar.
Gürcüstan Daxili İşlər Nazirliyinin fövqəladə hallar idarəsinin əməkdaşları bu gün həlak olmuş alpinistin cəsədini taparaq aidiyyəti üzrə təhvil veriblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [16:38]
Səudiyyə Ərəbistanı və Misir dəniz nəqliyyatı üzrə əməkdaşlığı gücləndirir
- 24.09.2026 [16:08]
Moskvada bir neçə ali məktəbdə tələbələr təxliyə edilib
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [14:44]
Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib
- 24.09.2026 [14:20]