Gürcüstanın müdafiə naziri: Yaşıl enerji layihəsi tarixi əhəmiyyət kəsb edir
Tbilisi, 21 dekabr, AZƏRTAC
Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri Türkiyədə görüşüblər.
AZƏRTAC xəbər verir ki, Gürcüstan Müdafiə Nazirliyinin yaydığı məlumatda görüşdə regionda təhlükəsizlik, sülh və sabitlik məsələlərinin diqqət mərkəzində olduğu bildirilib. Qeyd edilib ki, nazirlər sülh, sabitlik və təhlükəsizliyin qorunmasının vacibliyini vurğulayıblar. Görüşdə, eyni zamanda, birgə həyata keçirilən mühüm layihələr müzakirə edilib.
Cuanşer Burçuladzenin sözlərinə görə, yaşıl enerji layihəsinin həyata keçirilməsi tarixi əhəmiyyət kəsb edir və bunu bir neçə gün əvvəl Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstan liderlərinin imzaları da təsdiqləyib.
Görüşdə tərəflər, həmçinin müdafiə sahəsində ikitərəfli əməkdaşlığın istiqamətlərini, o cümlədən hərbi təhsil sahəsində əməkdaşlıq və çoxmillətli hərbi təlimlərdə birgə iştirak məsələlərini müzakirə ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]