GÜRCÜSTANIN SAMTSXE-CAVAXETİ BÖLGƏSİNDƏKİ GÜRCÜ KİTABƏLƏR ERMƏNİLƏŞDİRİLİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstanın, əsasən, ermənilərin məskunlaşdığı Samtsxe-Cavaxeti bölgəsi qədim gürcü abidələri, o cümlədən kilsələri ilə zəngindir. Bir neçə aydan bəridir həmin kilsələrdə “yenidənqurma” adı ilə “bərpa” işləri aparılır və buradakı gürcü kitabələri erməniləşdirilir. Aspindza rayonundakı kilsələrdə də bu istiqamətdə işlər görülür. Rayon rəhbərliyinin kilsələrdə “bərpa” işlərinin dayandırılması tələbinə baxmayaraq, “yenidənqurma” davam etdirilir. İlahiyyat professoru Tina İvelaşvilinin sözlərinə görə, əgər “bərpa” işlərinin qarşısı alınmasa, pis əks-səda verəcəkdir. Belə ki, bütün bunlar kilsələrdəki gürcü kitabələrini aradan götürmək məqsədi güdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [14:20]
Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır
- 05.10.2026 [14:16]
Brno alimləri işıq vasitəsilə mini tor qişalarına “görməyi” öyrədiblər
- 05.10.2026 [13:26]
Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib
- 05.10.2026 [13:16]
Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq
- 05.10.2026 [13:08]