Hazırda 127 repatriantla sosial reabilitasiya işi aparılır
Bakı, 5 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən hazırda 127 repatriantla sosial reabilitasiya işi aparılır.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ilk növbədə, repatriasiya olunmuş hər bir şəxsin sosial-psixoloji qiymətləndirilməsi həyata keçirilir. Qiymətləndirmənin nəticəsinə uyğun reabilitasiya planı hazırlanaraq, onun əsasında sosial işçi və psixoloqlar tərəfindən sosial reabilitasiya prosesi həyata keçirilir.
Ümumilikdə isə son illərdə Agentlik ölkəmizə repatriasiya olunmuş 514 nəfəri sosial reabilitasiya xidmətlərinə cəlb edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:41]
Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb
- 15.10.2026 [16:22]