Həmvətənimiz Kiyevdə doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir
Kiyev, 29 noyabr (AZƏRTAC). Noyabrın 28-də Ukrayna Ali Radasının Qanunvericilik İnstitutunda Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq kafedrasının professoru Arif Quliyev “Beynəlxalq terrorizmlə mübarizədə prezidentlik institutu: Ukrayna və Azərbaycan Respublikası qanunvericiliklərinin müqayisəli-hüquqi təhlili” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir.
Dissertasiya işi terrorizmlə mübarizənin beynəlxalq-hüquqi tənzimlənməsi mexanizminin kompleks öyrənilməsinə, terrorizmlə mübarizə sahəsində prezident institutunun fəallaşdırılması modelinin milli xüsusiyyətləri və xarakter cəhətlərinin açılmasına, milli qanunvericilikdə beynəlxalq antiterror normalarının həyata keçirilməsi istiqamətlərinin müəyyən edilməsinə həsr olunmuşdur.
Dissertasiya şurasının sədri, Ukrayna Milli Elmlər Akademiyasının müxbir üzvü, hüquq elmləri doktoru, professor Aleksandr Kopılenko Arif Quliyevi uğurlu müdafiə münasibətilə təbrik etmişdir. Ukrayna elminin inkişafına verdiyi böyük töhfəyə görə təşəkkürünü bildirmişdir.
Arif Quliyev elmi və müəllimlik fəaliyyətləri ilə yanaşı, diasporumuzda da fəal ictimai iş aparır, Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) İdarə Heyətinin üzvüdür.
Dissertasiyanın müdafiəsində Azərbaycanın Kiyevdəki səfirliyinin əməkdaşları, UAK-ın sədri Hikmət Cavadov, “Azərbaycançılıq institutu” Beynəlxalq İctimai Təşkilatının və Ukrayna elmi elitasının nümayəndələri iştirak etmişlər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]
Azərbaycan Bayrağının rəngləri Niaqara şəlaləsində
- 25.05.2026 [12:17]
Tarixi Darvin Kollecində 28 May – Müstəqillik Gününə həsr olunan tədbir
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]