Azərbaycan Dövlət İnformasiya Agentliyi

Həssas qrupların özünüməşğulluğunun təşkilinə banklar tərəfindən köməklik göstəriləcək

Bakı, 11 mart, AZƏRTAC

Martın 11-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə kömək göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb. Sənəd Prezident İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə ölkədə fəaliyyət göstərən banklar tərəfindən kömək göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə dəstək vermək məqsədi daşıyır.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya Şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sənədin imzalanması tədbirində Mərkəzi Bankın sədri Elman Rüstəmov Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş amilinin, xüsusilə həssas əhali qruplarının sosial müdafiəsinin dayandığını, özünüməşğulluq proqramının da həssas qrupların rifahına xidmət etdiyini vurğulayıb və bu mühüm sosial proqramın genişləndirilməsində Dünya Bankının da iştirak edəcəyini deyib.

Mərkəzi Bankın sədri bankların ölkənin sosial-iqtisadi inkişaf proseslərində aktiv iştirakını diqqətə çatdırıb. O, eyni zamanda, yeni iş yerlərinin yaradılması, sosial məsələlərin həlli prosesində bank sektorunun daha yaxından, aktiv iştirakının əsas gözləntilərdən olduğunu və bankların fəaliyyətində sosial məsuliyyət prinsipinin diqqətdə saxlanılmasını mühüm amillərdən biri kimi qeyd edib.

E.Rüstəmov həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə ölkədə fəaliyyət göstərən banklar tərəfindən kömək göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi ilə bağlı dövlət başçısının çağırışına banklar tərəfindən yekdilliklə müsbət cavab verilməsinin sevindirici olduğunu bildirib. Bu gün özünüməşğulluq proqramı iştirakçısının məşğulluqdan başlayaraq gələcəkdə kiçik, orta və hətta böyük sahibkara da çevrilə biləcəyini deyib, bu baxımdan proqrama dəstəyin təkcə sosial deyil, həm də iqtisadi məqsəd daşıdığını qeyd edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev ölkəmizdə səmərəli məşğulluq imkanlarının artırılmasının Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritetlərindən olduğunu vurğulayıb.

O, aktiv məşğulluq proqramlarının ildən-ilə gücləndirildiyini, ötən il nazirliyin məşğulluq orqanlarının xətti ilə 103 min 28 şəxsin, bu ilin iki ayında 15 minə yaxın şəxsin münasib işlə təmin edildiyini, peşə hazırlığına cəlb edilənlərin sayının getdikcə artdığını deyib. Nazir məşğulluq sahəsində aparılan islahatları, “Məşğulluq” altsisteminin məşğulluq xidmətlərinin innovativ əsasda qurulmasını təmin etdiyini diqqətə çatdırıb.

Dövlət başçısının tapşırığı ilə ötən il 38 min ödənişli ictimai iş yerinin yaradıldığını deyən S.Babayev Prezident İlham Əliyevin tapşırığı əsasında icra olunan özünüməşğulluq proqramına 2018-ci ildə əvvəlki illə müqayisədə 6,5 dəfə çox olmaqla, 7,3 minədək işsiz və işaxataran şəxs cəlb edildiyini bildirib. Qeyd edib ki, 2019-cu ildə isə proqram 10 min 352 nəfəri əhatə edib. Proqram çərçivəsində 46 iqtisadi fəaliyyət istiqaməti üzrə kiçik müəssisələr yaradılır. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin “Sosial Bağlar” layihəsi çərçivəsində də proqram dəstək olaraq 2018-2019-cu illərdə 400-ə yaxın ailə üçün intensiv bağçılıq təsərrüfatı yaradılıb. BMT İnkişaf Proqramı ilə birgə layihə əsasında əlilliyi olan 500 şəxsin özünüməşğulluq proqramı üzrə kiçik biznesə çıxışına şərait yaradılması işləri aparılır.

S.Babayev bildirib ki, xüsusilə əhalinin həssas qruplarından olan işsiz şəxslərin məşğulluğa və kiçik biznesə çıxışına şərait yaradan özünüməşğulluq proqramında həssas kateqoriyalara (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, aztəminatlı ailələrin üzvləri və s.) üstünlük verilir. Şəffaflığın və ictimai nəzarətin təmini üçün proqram iştirakçılarına dair məlumatlar “E-sosial” portalında yerləşdirilir. Özünüməşğulluq proqramında iştirak üçün müraciətlərin sayı hazırda 40 mindən çoxdur.

Nazir bu il 11 min nəfərin proqrama cəlb olunmasının nəzərdə tutulduğunu qeyd edərək vurğulayıb ki, Prezidentin tapşırığı əsasında özünüməşğulluq proqramının genişləndirilməsində Dünya Bankı ilə artıq bu ildən əməkdaşlığa başlanılacaq. Dünya Bankının “Azərbaycanda məşğulluğa dəstək layihəsi” üzrə 2020-2025-ci illərdə əlavə olaraq 22 min işsiz şəxs özünüməşğulluq proqramına cəlb olunacaq.

S.Babayev bildirib ki, bu gün imzalanan əməkdaşlıq sənədi də 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin ölkəmizdə özünüməşğulluq proqramının daha da geniş vüsət alması, həssas əhali qruplarından olan daha çox insanın özünüməşğulluğunun təmin olunması üçün banklar tərəfindən kömək göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi barədə irəli sürdüyü təşəbbüsün uğurlu bir nəticəsidir. Belə ki, dövlət başçısının həmin çağırışının nəticəsidir ki, ümumən böyük sosial-iqtisadi əhəmiyyətə malik bir proqramın genişləndirilməsinə banklar tərəfindən dəstəyi nəzərdə tutan belə bir mühüm sənəd imzalanır.

Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev Prezident İlham Əliyevin Azərbaycanda fəaliyyət göstərən özəl banklara özünüməşğulluq proqramına qoşularaq proqramın daha da geniş vüsət almasına dəstək olmaq çağırışının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Z.Nuriyev assosiasiyaya üzv bankların həmin çağırışa qoşularaq ölkəmizdə həssas əhali qruplarının özünüməşğulluğuna xidmət edən proqramının genişləndirilməsi prosesin aktiv iştirakçıları olacaqlarına əminliyini ifadə edib. O, bununla bağlı bir sıra təkliflərini də diqqətə çatdırıb.

Qeyd edək ki, memorandum özünüməşğulluğun təşkilinə kömək göstərilməsi sahəsində əməkdaşlığı nəzərdə tutur. Özünüməşğulluğun təşkilinə kömək göstərilməsi isə əlilliyi olan şəxslərə, aztəminatlı ailələrə, məcburi köçkünlərə, habelə işsiz və işaxtaran şəxslərə məsləhət və məlumatların verilməsi, iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə, biznes-planın hazırlanmasına kömək edilməsi, natura şəklində material, avadanlıq və digər əmlakın 2 il müddətinə müqavilə əsasında əvəzsiz olaraq həmin şəxslərin istifadəsinə verilməsi (bu müddət bitdikdə əmlakların əvəzsiz olaraq Proqram iştirakçılarının mülkiyyətinə verilməsi də daxil olmaqla), həmin müddət ərzində monitorinqlərin aparılması, habelə növbəti mərhələlərdə Proqram iştirakçılarının müxtəlif bank (maliyyə) alətləri ilə inkişafının dəstəklənməsi kimi istiqamətləri özündə əhatə edir.

Nazirlik isə proqrama cəlb olunmaq məqsədilə müraciət edən həssas qruplar barədə məlumatları proqramda iştirak edən banklara təqdim edəcək. Proqram iştirakçıları üçün müvafiq təlimlərin təşkilində dəstək verəcək, biznes planların müdafiəsi, əmlakların proqram iştirakçılarına təqdim edilməsi, biznes planların icrasının monitorinqi proseslərində iştirak edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb

Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək

Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib

Şəhərlərin böyüməsi və ekoloji balans: Professor dayanıqlı inkişafın şərtlərini açıqlayıb

Kolorado Universitetinin baş mütəxəssisi: Gələcəyin bioinformatikləri biologiya ilə proqramlaşdırmanı birləşdirməlidir

Baş katib Kayrat Sarıbay: AQEM digər dövlətlər üçün də cəlbedici platformadır

Dövlət Komitəsinin sədri Ağdamda vətəndaşlarla görüşüb

Səbail rayonunda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əyyub Quliyev: Bu abidə bütövlükdə Azərbaycan tar sənətinin şərəfinə ucaldılıb

Beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib

AQEM-in əsas məqsədi dövlətlər arasında dialoqun gücləndirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsidir - ŞƏRH

İran rəsmisi regional əməkdaşlığın gücləndirilməsində Azərbaycanın səylərini yüksək qiymətləndirib

“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB VİDEO

Şəhid anası: Azərbaycanın qazandığı uğurlar gələcəyimizə inamı artırır

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Agentlik: “Rəqəmsal rabitə” informasiya sistemi proseslərin əlaqəli fəaliyyətinə imkan yaradacaq

Lənkəranda toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb

Bakı Bəyannaməsi qəbul edilib

Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür

BMT-nin Avropa Mərkəzində Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatlardan danışılıb

Avropa İttifaqı Yaxın Şərqdə gərginlik səbəbindən Körfəz ölkələri ilə sammiti təxirə salıb

Mərkəzi Bank “Bank of New York Mellon”la əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib

Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı

Astaranın bir hissəsinə içməli suyun verilişində fasilə yaranıb

Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb

Azərbaycanın AQEM-də iştirakı onun iqtisadi inkişafına dəstək verəcək - ŞƏRH

Azərbaycanla Kambocanın rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Görmə qabiliyyətinin bərpası istiqamətində mühüm addım: xəstəyə çip implantasiya edilib

Hindistanlı nazir: AQEM-in təsisçi üzvü olaraq, sülh istiqamətində tərəfdaşlığı dəstəkləyirik

Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib

MDB-nin Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Azərbaycana keçib

Türkiyə Qara dənizdə gündəlik qaz hasilatını 20 milyon kubmetrə çatdırmağı planlaşdırır

Qırğızıstanda neft məhsullarının istehsalı 1,9 dəfə artıb

Türkiyə Müdafiə Nazirliyi: Səudiyyə Ərəbistanına dəstək addımları ölkə Konstitusiyasının tələblərinə cavab verməlidir

BƏƏ-nin dövlət naziri: Sülhün təmin olunması üçün birgə çağırışların öhdəsindən gəlməliyik

NDU-da təhsilin inkişafı, rəqəmsallaşma və elmi innovasiyalar diqqət mərkəzindədir

“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib

Bakıda Azərbaycan və Qazaxıstan prezidentləri görüşüblər, Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Azərbaycanın müasir dövlətçilik tarixində mühüm uğurlarla yadda qalan 23 il - ŞƏRH

Sergey Lavrov: Bizim vəzifəmiz Müşavirəni yeni reallıqlara uyğunlaşdırmaqdır

Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib

Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub

Humayun Kabir: Azərbaycanın AQEM-ə sədrliyi Asiyada əlaqələrin güclənməsinə xidmət edir

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

Dövri tikinti sənayesinin inkişafında universitet–sənaye əməkdaşlığının rolu müzakirə olunub VİDEO

“Dövlətimizi yad təhlükələrdən qorumaq hər birimizin borcudur” – Şəhidin həyat yoldaşı

Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər

Lautaro Martinez Milan derbisini buraxa bilər

Dünyəvi məktəb – milli dövlətçiliyin və ideoloji təhlükəsizliyin təminatıdır ŞƏRH

Bakıda inklüziv məşğulluq sahəsində ən yaxşı qlobal təcrübələrdən danışılıb

Şahzadə Harri və Meqan Markl Britaniyaya qayıtdıqdan sonra ilk dəfə birlikdə ictimaiyyət qarşısına çıxıblar

Belçikalıların dörddəbiri kiçik elektron cihazların düzgün utilizasiyası qaydalarını bilmir

AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir

® “Birbank Invest” vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı

Müşavir: Bu ilin doqquz ayında azad olunmuş ərazilərdə 1100 transformator təmir olunub

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

“Filtrsiz” podkastında sağlam qidalanma mövzusu müzakirə olunub VİDEO

Azərbaycan Türk dünyasının iqtisadi və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

Şri-lankalı nazir: AQEM Azərbaycanın sədrliyi dövründə böyüməyə, güclənməyə davam edəcək

“Azərişıq”: Azərbaycanda elektrik enerjisi itkilərində azalma tendensiyası daim müşahidə olunur

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub VİDEO

Qarabağ həqiqətlərinin rəqəmsal mediada təbliği müzakirə olunub VİDEO

Bəhreyn XİN: Azərbaycan nəqliyyat sistemlərinin səmərəliliyinin təmin edilməsində mühüm rol oynayır

Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur

Mənsum İbrahimov: Ramiz Quliyev xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış sənətkardır

Tanınmış alim İlham Məmmədova həsr olunmuş biblioqrafik göstərici işıq üzü görüb

Azərbaycanın U-23 minifutbol millisi dünya çempionatının pley-off mərhələsində

Azərbaycan alimləri Türkiyədə keçirilən beynəlxalq üzümçülük simpoziumunda iştirak ediblər

® “AccessBank” və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir

Xətai rayonunda YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrlə bağlı müşavirə keçirilib

Hərbivəzifəlilərin təlim toplanışı davam edir

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Bilgəh qəsəbəsində avtomobilin aşması nəticəsində 2 nəfər ölüb VİDEO

Pakistanın Misirdəki səfiri azərbaycanlı tədqiqatçı-alimi təltif edib

Azərbaycan Almatıda Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin iclasında iştirak edəcək

Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər

Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib

Tünzalə Yusifova: Güclü dövlətin gələcəyi savadlı və vətənpərvər gənclərdən asılıdır