Azərbaycan Dövlət İnformasiya Agentliyi

Heydər Əliyev və Türk xalqları ədəbiyyatı

Heydər Əliyev və Türk xalqları ədəbiyyatı

Bakı, 28 mart, AZƏRTAC

Türk dünyamızın iki nəhəng şəxsiyyəti və nəhəng siyasi lideri - Qazi Mustafa Kamal Atatürk və Ulu Öndər Heydər Əliyev haqqında hər zaman düşünərkən XI əsr türk mənəviyyatımızın qızıl kitabı “Divanü lüğət-it-türk”də yer alan aşağıdakı sözlər bir anlığa düşüncələrimə hakim kəsilir: “Tanrının inayəti ilə günəş türk bürclərində doğdu və göylərin bütün dairələri onların mülkləri üzərinə döndü, Tanrı onlara türk adını verdi və onları yer üzünə hakim qıldı. Dövrümüzün xaqanlarını onlardan çıxardı, dünya millətlərinin idarə cilovunu onların əlinə tapşırdı, onları hamıdan üstün elədi, onları haqq üzrə qüvvətləndirdi” (Mahmud Kaşğari, “Divanü lüğət-it-türk”, I cild, Bakı, 2006, səh.54 ). Bu sözlərin hikməti kimi zəngin və qədim tariximizin şan-şöhrəti olan Mete, Atilla, Alp Ər Tonqa, Oğuz Kağan, Əmir Teymur, Şah İsmayıl Xətai, Sultan Suleyman, Ərtoğrul, Osman Qazi, Qanuni Sultan Süleyman, Sultan Əbdülhəmid və s. türk siyasi liderlərinin, Mahmud Kaşğarinin sözləri ilə desək, “dünya millətlərinin idarə cilovlarını əllərində saxlamaq və hamıdan üstün olmaq” bacarıqlarının kökündə bir Tanrı inayətinin dayandığı təsdiqini tapır. Qədim türk inanclarından birində deyildiyi kimi: “Tanrı istəməsə kimsə hökmdar ola bilməz”. Ona görə də hər iki dahi haqqında düşünərkən bu məntiqdə doğan hikmətin aparıcılığı mənim üçün böyük önəm təşkil edir. Şübhəsiz, Türk dünyasının əvəzsiz və böyük şəxsiyyəti dahi Heydər Əliyevin həyat və tale payında Tanrı inayətinin mövcudluğunu inkar etmək qeyri-mümkündür. Buna görə də Heydər Əliyev fenomeni öz çəkisinə, öz tutumuna, çoxsahəli fəaliyyət istiqamətlərinə görə fərqlənmiş və Heydər Əliyev qeyri-adiliyinin ilahi bir gücə bağlılığına insanlar həmişə inam nümayiş etdirmişlər.

Bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, Türkoloji Mərkəzin Türk ədəbiyyatı bölməsinin müdiri Elman Quliyevin “Heydər Əliyev və Türk xalqları ədəbiyyatı” yazısında yer alıb.

AZƏRTAC yazını təqdim edir:

Müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin geniş diapazonlu siyasi-ideoloji və milli-mənəvi fəaliyyəti yalnız Azərbaycanı deyil, bütövlükdə Türk dünyasını əhatə edir. Ulu Öndərin türkçülük fəaliyyəti bir millət olaraq altı min ildən çox tarixi olan, hazırda geniş coğrafiyalarda məskunlaşan təxminən 301 milyonluq türkün bütün istiqamətlərində ümumtürk həmrəyliyinin inkişafı, möhkəmləndirilməsi və irəliyə doğru aparılması yolunda mühüm əhəmiyyət kəsb edir. Ümummilli Liderin Türk xalqlarının ədəbiyyat, geniş mənada mədəniyyət ortaqlığını və əlaqə bağlılığını özündə əks etdirən proqram xarakterli fikirləri bu fəaliyyətin tərkib hissələrindən biridir. Heydər Əliyev Türk xalqlarının böyüklüyünü, onun ruhani gücünü, mənəvi zənginliyini, ruhunda yaşayan fərqli milli estetikasını, fikrin bədii ifadə imkanlarının yüksəkliyini və s. bilavasitə onun ədəbiyyatı ilə bağlayırdı. Əbəs yerə deyildir ki, Ulu Öndər türk dünyamızın İbn Sina, Nizami, Nəvai, Y.İmrə, Füzuli, Məxtumqulu, Ç.Aytmatov, M.Şəhriyar və s. kimi əbədiyyət simalarını, habelə “Dədə Qorqud”, “Manas”, “Alpamış” və s. möhtəşəm dastanlarını xalqlarımızın ümumi mədəni sərvəti hesab etməklə yanaşı, onları həm də dünya mədəniyyətinin ecazkar simaları və nümunələri səviyyəsində dəyərləndirirdi: “Qədim dövrlərdə “Dədə Qorqud”, “Manas”, “Alpamış”, “Koroğlu” dastanları, xalqımızın hamısına mənsub olan dahi şairlərimiz, yazıçılarımız - Nizami, Yunis İmrə, Əlişir Nəvai, Füzuli, Nəsimi, Məxtumqulu, Abay və digərləri xalqımızın tarixini, mənəvi dəyərlərini əks etdirir, xalqımızı dünyaya tanıdan ölməz əsərlər yaratmışlar”. Qürurla demək lazımdır ki, azərbaycançılıq, türkçülük, turançılıq Heydər Əliyevin dövlətçilik və milli ideoloji konsepsiyasının aparıcı xəttində dayanırdı. Ulu Öndər bu konsepsiya daxilində ümumtürk ədəbiyyatı məsələlərinə dövlətçilik mənafeyi baxımından yanaşır, ortaq ədəbiyyatı, ortaq mədəniyyəti Türk dünyasının birliyi üçün mühüm vasitə hesab edirdi. Ulu Öndər haqlı olaraq Türk xalqlarının tarix boyu yaratdıqları mədəni abidələri, mənəvi irs nümunələrini ümumtürk kontekstindən dəyərləndirmək üçün həm tarixi yenidən qiymətləndirmək, həm də ədəbi-mədəni inteqrasiyasını genişləndirmək təşəbbüsü ilə çıxış edirdi. Çünki Ulu Öndər türkün hər bir ədəbi-mədəni irs nümunəsində kökü bir dilə, bir mənəviyyata və bir mədəniyyətə bağlılığı görür və bunun tarixi ortaq mahiyyətinə xüsusi diqqət ayırırdı. Məsələn, dahi Heydər Əliyev təkcə Azərbaycanın deyil, o cümlədən Türk dünyasının böyük şairi M.Füzuli sənətindən danışarkən onun sənət estetikasının mahiyyətini açıqlamaqla yanaşı, Füzuli yaradıcılığında əxz olunan milli yaşantıların əhəmiyyətini də göz önündə canlandırırdı. Heydər Əliyev 1994-cü ildə Füzulinin 500 illiyi ilə əlaqədar Türkiyə Böyük Millət Məclisində etdiyi çıxışda belə deyirdi: “Füzuli keçmişdə də türkləri birləşdirən bir şəxsiyyət olmuşdur. Amma indi Türk dünyası XX əsrdə parçalanmış olduğu halda, Türk dünyasına mənsub ölkələrin, demək olar ki, tam əksəriyyətinin (bir Türkiyədən savayı) onların həyatına, tarixinə, adət-ənənələrinə uyğun olmayan rejimlər içərisində yaşadığı vaxtda Füzuli bizi yaşadaraq bu günlərə gətirib çıxarmışdır”. Sitatdan göründüyü kimi Ulu Öndər Heydər Əliyev türk kimliyinin formalaşmasında və türk kimliyinin bütövləşməsində ruhi-mənəvi varlığın vacibliyinə xüsusi önəm keçmiş və bu xüsusda ədəbiyyatın rolunu hər şeydən üstün tutmuşdur. Bu mənada Ulu Öndər Heydər Əliyev milli siyasətinin tərkib hissəsinə çevrilən ədəbiyyat siyasətinin mahiyyətində Türk xalqları ədəbiyyatının ədəbi-mədəni potensialının böyüklüyünün təsdiqi və təbliği mühüm yer tutur. Ulu Öndər istər Azərbaycan, istərsə də Türk dünyasının istənilən coğrafiyasında yazıb-yaradan sənət dahilərimizin yaradıcılıqlarını türkün özünü tanıma və özünü tanıtma yolunda tarixi hadisə hesab edir.

TÜRKSOY çərçivəsində Türk dünyası yazıçılarının 6 noyabr 1996-cı ildə Bakıda keçirilən III qurultayında Ümummilli Lider Heydər Əliyevin tarixi çıxışı ümumtürk ədəbiyyatı problemlərini vahid türk mədəniyyəti hadisəsi tipində dəyər verməsinin əyani təzahürüdür: “Xalqlarımızın böyük tarixini yenidən qiymətləndirmək, hər bir xalqın tarix boyu yaratdığı mənəvi dəyərləri, mədəniyyət abidələrini bütün xalqlar üçün doğma etmək bizim bu görüşlərin mərkəzində duran vəzifələrdir. Bizim köklərimiz bir dilə, bir mənəviyyata, bir dinə bağlı olduğuna görə çox dərindir və mənəvi dəyərlərimiz tarixin bütün mərhələlərində nə qədər çətinliklərlə rastlaşsa da, dayanmayıb, inkişaf edir. İndi isə türkdilli xalqların müstəqil dövlətləri olduğuna görə və bizim əlimizdə böyük imkanlar yarandığına görə bu prosesləri daha da gücləndirə, daha da mütəşəkkil edə bilərik. Bu, bizim borcumuzdur”.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə türk mədəniyyət abidələri ilə bağlı beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi bilavasitə türk milli-mənəvi ideologiyasının dünya arenasında təbliği baxımından əlamətdardır. 2000-ci ilin aprelində Azərbaycan və ortaq türk epos nümunəsi olan “Kitabi-Dədə Qorqud”un UNESCO səviyyəsində 1300 illik yubileyinin keçirilməsi Türk dünyası üçün böyük ədəbi-siyasi, elmi-mədəni hadisə olmaqla yanaşı, həm də Ulu Öndərin dövlətçilik və türkçülük ideologiyasına bağlılığının göstəricisi idi. Ulu Öndərin təşəbbüsü ilə ərsəyə gələn bu tədbir mədəniyyətimizin qədim və böyüklüyünü təsdiqləmək, eyni zamanda, dünya türklərini ortaq bir ideya ətrafında birləşdirmək məqsədi daşıyırdı: “Bu gün Azərbaycan xalqı möhtəşəm “Kitabi Dədə Qorqud” eposunun 1300 illiyini böyük bayram kimi təntənə ilə qeyd edir. Bu yubiley bizim üçün, bəşər mədəniyyəti üçün müstəsna əhəmiyyəti olan bir tarixi hadisədir. Bu, bizim tarixi köklərimizə, milli ənənələrimizə, milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə, elmimizə, xalqımızın çoxəsrlik tarixinə olan hörmət, ehtiram bayramıdır. Bu bizim milli azadlığımızın, dövlət müstəqilliyimizin bayramıdır”. Sitat Türk xalqlarının vahid milli tarix, milli mənəviyyat, milli ədəbiyyat, milli adət-ənənə, milli-mənəvi dəyər və s. fikirləri ifadə etmək baxımından əlamətdardır və təbii olaraq Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq və türkçülük ideoloji konsepsiyasının göstəricisidir.

Heydər Əliyev Türk xalqları ədəbiyyatı problemlərindən danışarkən, ayrı-ayrı yaradıcı şəxsiyyətlərdən söhbət açarkən məsələyə həm ədəbi, həm də tarixi baxımdan yanaşmış, Türk xalqlarının həm siyasi, həm də mədəni həyatında rolu olan yazıçı və şairlərin fikirlərinin bütün zamanlar üçün əhəmiyyət daşıdığını xüsusi qeyd etmişdir. Keçən əsrin 90-cı illər tədbirləri sırasında türkmən şairi Məxtimqulunun, qazax şairi və mütəfəkkiri Abay Kunanbayevin, özbək hökmdarı və siyasi lideri Əmir Teymurun, Türk dünyasının digər dahi şəxsiyyətləri olan İbn Sinanın, Nizaminin, C.Ruminin, Nəvainin, Y.İmrənin, Mahmud Kaşğarlinin və s. yubiley mərasimlərində Ulu Öndərin çıxış və təbrik məktublarında adları sadalanan şəxsiyyətlərə türk milli bütövlüyü, türk milli əxlaqı, türk milli dəyərləri və s. daxilində münasibət bildirilmiş və bu dahilər zəngin ümumtürk mənəvi irsinin nümayəndələri kimi dəyərləndirilmişdir. Ulu Öndər Heydər Əliyevin XIX əsrin sonu XX əsrin əvvəlində Krım-tatar ədəbiyyatının görkəmli nümayəndəsi, Rusiya müsəlmanlarının lideri, türk millətinin atası və müəllimi, xalq maarifi islahatçısı, tatar milli mətbuatının banisi İsmayıl bəy Qaspiralının “dildə, fikirdə, işdə birlik” ideyasını xatırlaması təsadüfi deyildir. Heydər Əliyev İ.Qaspiralının bu sözlərini böyük keşməkeşlər yaşamış türklər üçün əhəmiyyətli sayır, reallaşacağı təqdirdə irəli sürülən ideyanın Türk xalqlarının həyatı üçün vacibliyinə xüsusi diqqət ayırır: “XX əsrin əvvəllərində Türk xalqlarını yaxınlaşdırmaq, onları vahid siyasi, iqtisadi və mədəni gücə çevirmək istəyən görkəmli şəxsiyyətlərimiz “dildə, fikirdə, əməldə birlik” şüarı ilə çıxış edirdilər. Biz uzun mübarizələrdən sonra XX əsrin sonunda bu imkana nail olduq. Şübhəsiz, indiki şəraitdə türkdilli dövlətlərin qarşılıqlı əməkdaşlığı bu sahədəki uğurlarımızı daha da artıracaqdır”.

Heydər Əliyev bütün zamanlarda türk birliyindən danışarkən onun mədəni birliyinə xüsusi önəm vermiş, xalqların mədəni birliyini onun dili, keçmişi və adət-ənənələri ilə sıx bağlamışdır. Bu mənada Ulu Öndər hər hansı türk yazıçı və şairindən söhbət açanda onun mənsub olduğu xalqla yanaşı, digər Türk xalqları ilə də bağlılığına daha çox önəm vermişdir. Təsadüfi deyil ki, Heydər Əliyev Nizami, Füzuli, Nəsimi, Y.İmrə, Nəvai, A. Kunanbayev, Məxtunqulu və onlarla digər türk sənətkarlarını sırf milli türk (Azərbaycan, Türkiyə, özbək, qazax, türkmən) kontekstindən deyil, ümumtürk kontekstində də təqdim etməyi vacib sayır. Məsələn, XIX əsr qazax ədəbiyyatının görkəmli nümayəndəsi Abay Kunanbayevin şəxsiyyəti və bədii yaradıcılığından danışarkən Ulu Öndər onun yaradıcılıq mənsubiyyətini dünya, ümumtürk, qazax və Azərbaycanla əlaqələndirir və bu cür çoxşaxəli mənsubluğun arxasında dahiliyin dayandığını nəzərə çatdırmaq istəyir: “Abay, onun yaradıcılığı bütün bəşəriyyətə, bütün xalqlara məxsusdur. Təbii ki, bu, qazax xalqının fəxri, qazax xalqının xoşbəxtliyidir. Çünki, onun belə görkəmli övladı, alimi, maarifçisi var və o, öz xalqını xoşbəxtliyə və firavanlığa aparan düzgün yol göstərmişdir. Bununla yanaşı, o, bütün bəşəriyyətə, eyni zamanda, Azərbaycan xalqına məxsusdur.”

Bildiyimiz kimi, Abay Kunanbayev bir şair və bir yazıçı olaraq XIX əsr qazax modern ədəbiyyatının qurucusu olmuş, ədəbiyyata mövzu, forma, dil, üslub, vəzn yenilikləri gətirmiş qüdrətli söz ustadıdır. Xalq şeiri ənənələrinə bağlılığı, realist təsvir üsullarının zənginliyi, maarifçilik ideyalarının və milliliyin təbliği, ictimai bərabərsizliyə, sosial eybəcərliyə, savadsızlığa, cəhalətə, xurafata və s. tənqidi münasibəti baxımından üstün mövqe tutan Abay Kunanbayev sənəti ilə həqiqi mənada, Ulu Öndərin sözləri ilə desək, “qazax xalqının fəxri, qazax xalqının xoşbəxtliyidir”. Göründüyü kimi, ədəbiyyatşünaslıq və fəlsəfi mühakimə ölçüləri daxilində Abay Kunanbayevin materialist alim və maarifçi-realist sənətkar olaraq dəyərləndirilməsi, bədii-ictimai qayəsinə görə yaradıcılığının mənsub olduğu xalqın milli bədii sərvəti hesab edilməsi Heydər Əliyev dühasının ortaya qoyduğu dəyərlər səviyyəsində əhəmiyyətlidir. Bu mənada Türk xalqları ədəbiyyatı problemlərinə yanaşmasında Heydər Əliyev həm də filosof-araşdırmaçı təsiri bağışlayır. Ulu Öndər “tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq-türkmənləri bir bütövün parçalarıdır” - deyərkən tarixi mənbələrdə mübahisə predmetinə çevrilən İraq-türkmənlərinin etno-kimliyinə aydınlıq gətirmiş, İraqın Kərkük, Mosul, Ərbil, Səlahəddin, Diyala və s. yerlərində yaşayan üç milyondan çox oğuz türkünün Azərbaycanla bağlılığını təsdiq etmişdir. Heydər Əliyevin bu fikirləri bir tərəfdən İraq-türkmənlərinin milli-etnik kimliyinin, digər tərəfdən isə yaratmış olduqları mənəvi-mədəni irslərinin konturlarını müəyyənləşdirməkdə mühüm rol oynayır. Doğurdan da, biz ümumtürk ədəbiyyatının tərkib hissəsi olan İraq-türkmən ədəbiyyatı ilə, Mustafa Cavadın “İraq türklərinin tarixi (1946)”, Hidayət Kamal Bayatlının “İraq-türkmən türkcəsi (1996)” və s. tədqiqat kitabları ilə yaxından tanış olduqda İraq- türkmənlərinin bizimlə eyni kökdən olduqlarının bir daha şahidi olur, problemlə bağlı Ulu Öndər yanaşmasının təsdiqini görürük. İraq-türkmən ədəbiyyatının görkəmli nümayəndəsi Əbdüllətif Bəndəroğlu yaradıcılığında da Ulu Öndərin dediyi kimi, azərbaycanlılarla İraq- türkmənlərinin bir bütövün parçaları olduğu təsdiqini tapır:

Azərilər səsinə

Mənim qəlbim heyrandır.

Əslimiz Azər isə

Dilim həm də türkməndir

Mənim bütün varlığım

Ellərimə qurbandır.

Klassik irsə, klassik ədəbiyyata münasibətlə yanaşı, Türk xalqları ədəbiyyatının müasir mərhələsi, bu mərhələnin ayrı-ayrı ədəbi şəxsiyyətlərinin bədii yaradıcılıqları Heydər Əliyevin həmişə maraq dairəsində olmuşdur. Onu da qeyd edək ki, Heydər Əliyev Türk xalqları ədəbiyyatının müasir mərhələsindən danışarkən bu mərhələyə daha çox milli özünüdərk, milli oyanış, milli-əxlaqi dəyərlərin üzə çıxarılması məsələləri daxilində münasibət bildirmişdir. Müasir mərhələdə türk dünyamızın ən aparıcı yazarları olan M.Şəhriyar, Ç.Aytmatov, O.Süleymenov kimi ədəbi şəxsiyyətlərin yaradıcılıqlarını dahi Heydər Əliyev milli-fəlsəfi prizmadan dəyərləndirmiş, bu sənətləri milli böyüklüyümüzün təsdiqi baxımından mühüm ədəbi hadisə hesab etmişdir. Ulu Öndərin 1996-cı ilin oktyabr ayında Daşkənd şəhərində dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovla, 1999-cu ildə Bakıda görkəmli qazax şairi Oljas Süleymenovla görüşlərində ictimai-siyasi problemlərlə yanaşı, onların yaradıcılıq problemlərindən də danışmış, hər iki sənətkarın yaradıcılığı üçün xarakterik olan milli ruh ideallarına xüsusi olaraq toxunmuşdur. Sovet dövründə qadağan olunsa da, Ulu Öndər düzgün olaraq onların sənətlərinin milli qayəsini təşkil edən türkçülük ideyalarını bütün Türk dünyası üçün əhəmiyyətli saymış, hər iki sənətkarı türk milli mənliyimizin, türk milli bədii intellektinin nadir simaları hesab etmişdir.

Ulu Şəhriyar yaradıcılığı Heydər Əliyev üçün ən sevimli yaradıcılıq nümunələrindən biri olmuşdur. Təsadüfi deyildir ki, Ulu Öndərə ünvanlanan “sevdiyiniz şair” sualına “Şəhriyar” cavabı Heydər Əliyevin Şəhriyara olan sonsuz ehtiramlarının ifadəsidir. Şəhriyarın 90 illik yubileyi ilə əlaqədar 1996-cı ildə Bakıda keçirilən tədbirdə Ulu Öndərin çıxışı Şəhriyar yaradıcılığı üçün vacib məqamları əhatə etmək və bu yaradıcılığın ədəbi-bədii tutumunu müəyyənləşdirmək baxımından səciyyəvidir. Belə ki, ustad Şəhriyar sənətinin “şərq şeirinin nadir siması”, “yeni ədəbi məktəbin banisi”, “filosof şair”, “vətəndaş şair” və s. kontekstlərdə dəyərləndirilməsi dahi Heydər Əliyev baxışlarında bu yaradıcılığın yeni ədəbi baxış müstəvisində dəyərləndirilməsi üçün perspektivləri müəyyənləşdir.

Türk xalqları ədəbiyyatının yaradıcılıq problemləri Ümummilli Lider Heydər Əliyevin milli ədəbiyyat və milli mədəniyyət siyasətinin başlıca istiqamətlərindən biridir. TÜRKSOY kimi türk mədəni əməkdaşlıq təşkilatının yaradılmasının əsas təşkilatçılarından biri olması, UNESCO xətti ilə türkü bir daha özünə qaytaran Türk dünyası korifeylərinin yubiley tədbirlərinin keçirilməsi, türkçülük ideyalarının təbliğinə həsr edilmiş çoxsaylı konfransların təşkili və s. Heydər Əliyevin türkçülüklə bağlı mədəni layihə və mədəni tədbirlərin həyata keçməsində aktiv və müqayisəolunmaz fəaliyyətindən xəbər verir və Ulu Öndərə yaşadığımız dövrün “BİR BÖYÜK TÜRK” adını daşımağa haqq qazandırır.

Heydər Əliyev Türk xalqları mədəniyyəti və ədəbiyyatına kompleks yanaşaraq onu Türk dünyasını ortaq bir ideya ətrafında birləşdirəcək vasitə kimi dəyərləndirir. Çünki Ulu Öndər söz sənətini etnik mövcudluğun, milli bütövlüyün, milli mənliyin, milli intellektin göstəricisi hesab edir. Heydər Əliyevin milli ideallara söykənən ədəbiyyat siyasəti milli düşüncəli ədəbi proseslə yanaşı, ədəbi tənqid və ədəbiyyatşünaslığın inkişafına da təsirsiz ötüşməmişdir. Ulu Öndər doğru olaraq zaman-zaman formalaşmış milli ruhumuzun, milli ideologiyamızın, milli psixologiyamızın, milli şüurumuzun özünüifadə və təsirinin ədəbiyyatla əlaqəsini xüsusi qeyd edir və bu dəyərləri əxz etmək üçün ədəbi-bədii düşüncələrimizdən bəhrələnməyi vacib sayırdı. Bu mənada Ulu Öndərin Türk xalqları ədəbiyyatı ilə bağlı fikirlərini geniş anlamda ümumtürk mədəniyyətinin dünya mədəniyyəti çərçivəsində təbliğinin təntənəsi, eyni zamanda, öz keçmişinə, mənəvi dəyərlərinə sevgi və hörmətin göstəricisi olaraq hər bir türkə ünvanlanan çağırış və vəsiyyəti kimi qəbul etmək borcumuzdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbilə təxirə salınıb

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbaxça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Kral VI Məhəmməd: Səudiyyə Ərəbistanına hücum Mərakeşə hücum deməkdir

Otuz ildən sonra tarixi Zəfər və Azərbaycanın yaratdığı yeni reallıqlar - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-da tələbələr üçün sahibkarlıq və startap mədəniyyətinə dair təlim təşkil olunub

“Parma” baş məşqçisi ilə yollarını ayırıb

® İcbari tibbi sığorta üzrə göndərişlərin tənzimlənməsində mövcud çətinliklər və perspektivlər mövzusunda dövlət və özəl sektor arasında konseptual dialoq

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 8 mini keçib

Turizm və Menecment Universiteti beynəlxalq layihədə təmsil olunub

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb

® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Azərbaycan enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkandır - ŞƏRH

Tufan Erhürman: Kipr probleminin həlli üçün “nəticəyə yönəlmiş danışıqlara” hazırıq

Azərbaycan idmançıları hapkido üzrə dünya birinciliyi və çempionatında 13 medal qazanıblar

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərilib

Avropanın təhlükəsizliyi gücləndirilir: Aİ beş hərbi layihəni təsdiqləyib

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatına yeni imkanlar açır - ŞƏRH

Krakov şəhərində soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Biləsuvarda pambıq yığımına start verilib

® “Bakcell” İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu

Azərbaycan ən uğurlu inkişaf modelini seçib ŞƏRH

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb

Firdovsiyyə Əhmədova: Kilsə arxivlərinin Ermənistana verilməsi tarixi həqiqətlərin təhrifinə şərait yaradıb

Peskov: Ukrayna ilə bağlı danışıqların bərpası qərarı Rusiyanın maraqlarına əsaslanaraq veriləcək

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO

İraq ABŞ qüvvələrinin Bağdaddakı əsas qərargahını təhvil alıb

Tarixçi-alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi