Hyustonda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə sərgi və tamaşa olacaqdır
Hyuston, 3 dekabr (AZƏRTAC). Dekabrın 15-də Hyustonda (Texas ştatı) Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “Həmrəylik” adlı bədii sərgi açılacaqdır. Sərgidə ailəsi ilə birlikdə Hyustonda yaşayan Azərbaycan rəssamı Pərvanə Əliyevanın əsərləri nümayiş etdiriləcəkdir. Tədbir bu şəhərdə yaşayan azərbaycanlı uşaqların ifasında “Trup qrupu” adlı tamaşa ilə davam edəcəkdir. Tamaşa Azərbaycan-Amerika Mədəni Alyansının (AAMA) bu ilin sentyabrında yaratdığı uşaqlar üçün Azərbaycan məktəbi tərəfindən təşkil edilmişdir. Birinci semestrdə məktəbə Azərbaycan, türk və Amerika ailələrindən 22 uşaq qəbul edilmişdir. Alyansın başçısı İsmayıl Əhmədovun sözlərinə görə, məktəbin fəaliyyəti yaxın gələcəkdə daha da genişlənəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]