Hyustonda Novruz bayramı qeyd edilmişdir
Vaşinqton, 26 mart (AZƏRTAC). Martın 22-də Hyustonda Novruz bayramına həsr olunmuş qala-gecə olmuşdur. Təntənəli gecə Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası (HBQŞA) tərəfindən təşkil edilmişdir.
Texas ştatının müxtəlif şəhərlərindən 160-dan çox qonağın iştirak etdiyi gecədə Azərbaycan milli mətbəxinin nümunələri təqdim edilmişdir. Azərbaycan icmasının nümayəndələri milli mahnılarımızı ifa etmişlər.
Martın 23-də Hyustonun Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Novruz bayramı ilə əlaqədar xüsusi olaraq uşaqlar üçün rəngarəng tədbir təşkil edilmişdir. Uşaqlar Azərbaycan mahnıları ifa etmiş, Azərbaycan dilində şeirlər oxumuş, Azərbaycan nağılının motivləri əsasında tamaşa göstərmişlər. Novruz bayramının əsas personajları uşaqları təbrik etmişlər.
Yusif Babanlı
Vaşinqton