İdmançımız Dubayda “Muay-tay Gənclər Çempionatı”nın birincisi olub
Bakı, 12 oktyabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayan yeniyetmə soydaşımız Qacar Mirzə Dubay şəhərində keçirilən “Muay-tay Gənclər Çempionatı”nın qızıl medalını qazanıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, 15 yaşlı idmançı soydaşımız öz çəki dərəcəsində çempionatın birinci pilləsinə yüksəlmək üçün 3 döyüşdə, yarımfinalda və finalda müvəffəqiyyətlə çıxış edərək rəqiblərinə qalib gəlib.
Qeyd edək ki, Qacar Mirzə 2006-cı il mayın 11-də Bakı şəhərində anadan olub. Kiçik yaşlarından idmanın üzgüçülük, güləş və taekvondo növləri ilə məşğul olub. Valideynlərinin işi ilə əlaqədar 10 yaşında BƏƏ-yə köçən Qacar “Tiger kickboxing” klubuna daxil olaraq, Muay-tay və kikboksinq idman növləri ilə məşğul olmağa üstünlük verib. Dəfələrlə kikboksinq və Muay-tay üzrə yarışlarda iştirak edib. 2019-cu ildə BƏƏ-də keçirilən “Muay-tay Gənclər Çempionatında” gümüş medal qazanıb. Cəmi iki il sonra o, idman aktivinə qızıl medal əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]