İlin sonunadək bir sıra regional stansiya rəqəmli yayıma keçəcəkdir VİDEO
Bakı, 14 aprel (AZƏRTAC). Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyi (İB) bu ilin sonunadək bir sıra regional stansiyanın analoq yayımdan rəqəmli yayıma keçirilməsini planlaşdırır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, hazırda Bakıda paralel olaraq 10 proqramdan ibarət sosial paketin analoq və rəqəmli yayımı həyata keçirilir.
Bu yaxınlarda 60-dək analoq televericinin rəqəmli yayıma çevrilməsi üzrə təkliflər təqdim olunmuşdur.
Hazırda “Teleradio” İB-nin rəqəmli şəbəkəsində 84 verici mövcuddur.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təsdiq etdiyi plana əsasən, “Teleradio” İB tərəfindən Mingəçevirdə, Şəkidə və Qubada analoq televericilərin rəqəmli yayıma keçirilməsi nəzərdə tutulmuşdur.