İNDİYƏDƏK AFİNA OLİMPİADASINA 2 MİLYONA YAXIN BİLET SATILMIŞDIR
İndiyədək 1 milyon 950 min bilet satılmış, nəzərdə tutulan 183 milyon avro məbləğində gəlirin 79 faizi əldə olunmuşdur. Sənəddə deyilir ki, “Olimpiya oyunlarına bilet satışının qiymət siyasəti dəyişməyəcəkdir”. Bəyanatda guya sponsorların 800 min bileti təşkilatçılara qaytarması barədə yerli və xarici mətbuatın xəbərləri təkzib edilir. Əslində isə, cəmi 72 min bilet qaytarılmışdır ki, bu da bütün Olimpiadalarla müqayisədə ən aşağı rəqəmdir. İndiyədək Olimpiya oyunlarının heç birində biletlərin hamısını satmaq mümkün olmamışdır.
Yunanıstanın Baş naziri Kostas Karamanlis yunan mənşəli xarici jurnalistlərdən ibarət nümayəndə heyəti qarşısında çıxış edərkən demişdir: “Biz düz yoldayıq. İndi Oyunlara hazırlıq başa çatmaqdadır. Oyunları uğurlu və təhlükəsiz keçirmək iqtidarındayıq”. Baş nazir vurğulamışdır ki, Yunanıstan mətbuatın güzəştlərinə və xüsusi münasibətinə ehtiyac duymur və Olimpiadaya hazırlıq barədə obyektiv və qərəzsiz məlumat veriləcəyinə ümid bəsləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]