İngiltərə Premyer Liqasında 20-ci tura start verilib
Bakı, 22 yanvar, AZƏRTAC
Yanvarın 21-də İngiltərə Premyer Liqasında 20-ci turun oyunlarına start verilib.
AZƏRTAC xəbər verir ki, günün mərkəzi matçı Liverpulda keçirilib. “Çelsi” ilə qarşılaşan “Mersisaydlılar” növbəti dəfə xal itkisinə məruz qalıblar. Belə ki, matçda qolsuz heç-heçə qeydə alınıb.
Günün digər matçlarında isə aşağıdakı nəticələr qeydə alınıb:
“Bornmut” - “Nottingem” - 1:1
“Lester” - “Brayton” - 2:2
“Sauthempton” - “Aston Villa” - 0:1
“Vest-Hem” - “Everton” - 2:0
“Kristal Pelas” - “Nyukasl” - 0:0
Qeyd edək ki, İngiltərə Premyer Liqasında turnir cədvəlinə 47 xalla “Arsenal” başçılıq edir. Ondan 5 xal geri qalan “Mançester Siti” ikinci, 39 xalı olan “Nyukasl” isə üçüncü pillələrdə qərarlaşıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]