İNTERNET İSTİFADƏÇİLƏRİNİN SAYI ARTMIŞDIR
Bu ilin birinci yarısında internet istifadəçilərinin sayı artaraq ölkə əhalisinin 8 faizini təşkil etmiş, özəl internet provayderlərinə regionlarda xidmət göstərmək üçün iqtisadi güzəştlər tətbiq edilmişdir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, bu müddətdə respublikanın optik kanallar şəbəkəsi genişlənmiş, Naxçıvan Muxtar Respublikası İran vasitəsilə bu şəbəkəyə birləşdirilərək, informasiya blokadasından çıxarılmışdır.