İqor Qrosu: Moldova ilə Azərbaycan arasında siyasi dialoq yüksək səviyyədədir
Kişineu, 6 aprel, AZƏRTAC
Moldova ilə Azərbaycan arasında siyasi dialoq yüksək səviyyədədir. Kişineu Azərbaycanın Moldovaya daha çox sərmayə qoymasında maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bu fikri Kişineuda səfərdə olan Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə Moldova Parlamentinin sədri İqor Qrosu söyləyib.
2023-cü il üçün prioritetlərdən danışan spiker bildirib ki, Moldovanın xüsusilə kənd təsərrüfatı, enerji kimi Azərbaycanın böyük təcrübəyə malik olduğu sahələrə mümkün qədər çox sərmayə cəlb etməkdə maraqlı olduğunu bildirib.
Görüşdə ikitərəfli münasibətlər və regiondakı vəziyyət müzakirə edilib.
Müzakirələr zamanı tərəflər son illərdə fəal ikitərəfli siyasi dialoqu yüksək qiymətləndirib, qarşıdakı dövrdə daha çox birgə layihələrin müəyyənləşdirilməsinin zəruriliyini qeyd ediblər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu