Azərbaycan Dövlət İnformasiya Agentliyi

İran və onun çıxıntıları İsrail-Azərbaycan dostluğunda söz sahibi ola bilməz - ŞƏRH

İran və onun çıxıntıları İsrail-Azərbaycan dostluğunda söz sahibi ola bilməz -  ŞƏRH

Bakı, 7 aprel, AZƏRTAC

İki gün əvvəl İran parlamenti mollavari bir bəyanat yayaraq Azərbaycanın İsraildə səfirlik açmasını İslam dünyasının mənafelərinə zidd addım kimi pisləməsi, ilk növbədə, beynəlxalq hüququn ən azı üç ümumtanınmış prinsipi - "dövlətlərin daxili işinə qarışmamaq", "dövlətlərin bir-biri ilə əməkdaşlıq etməsi" və nəhayət, "dövlətlərin suveren bərabərliyi" prinsiplərinin kobud pozuntusudur, təbii ki, səssiz qalmaq bu pozuntuya ortaq olmaq deməkdir. Ona görə də və BMT nizamnaməsinə və beynəlxalq normalara bu cür açıq təcavüz BMT Baş Assambleyası səviyyəsində pislənməlidir.

Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov AZƏRTAC-a açıqlamasında söyləyib.

“Necə olur ki, İran 30 il işğal altında qalan Azərbaycan torpaqlarında məscidləri, ziyarətgahları, Məhəmməd ümmətinin qəbirlərini dağıdan Ermənistana fasiləsiz hərbi-siyasi, maddi-mənəvi kömək edəndə, işğala, təcavüzə açıq dəstək verəndə, məscidləri donuz damına çevirənlərə arxa duranda, işğal status-kvosunun davam etməsi üçün ərazilərimizə diversantlar, hərbi dəstələr göndərəndə bu islam mənafelərinə zidd olmurdu, amma Azərbaycanın haqq işinə açıq dəstək verən İsraildə səfirlik açmaq islam mənafelərinə zidd olur!? Molla parlamentinin "islam təəssübkeşliyi" bəs 30 il ərzində bir milyondan artıq müsəlman yurd-yuvasından didərgin düşəndə harada idi?

Özü təcavüzkar Ermənistanda böyük bir heyətlə səfirlik açır, həssas bir dönəmdə Qərbi Zəngəzurda - Qafanda heç bir siyasi-iqtisadi zərurət olmadan konsulluq açaraq hədyan bəyanatlar verərkən islami dəyərlər İranın yadına niyə düşmürdü?

Prezident İlham Əliyev Talış kəndindən Azərbaycan xalqına müraciətində çox fundamental bir ifadə işlətdi - “işğal şərikləri”. Azərbaycan torpaqlarının 30 illik işğalı dönəmində Qarabağ və Şərqi Zəngəzurdakı evləri, məscidləri, qəbirləri talan edib daşlarına qədər bazarlarda satmaqla, qüdrətli Azərbaycan Ordusu işğala son qoyarkən isə buna açıq aqressiya göstərməklə İran, bax, həmin 30 illik işğalın şəriki olub”, - deyə deputat vurğulayıb.

Onun sözlərinə görə, təbii ki, İran parlamentinin bu bəyanatının müstəqil, qüdrətli Azərbaycan üçün heç bir önəmi yoxdur, bu, bizim üçün çirkab kağız parçasından başqa bir şey deyil. Amma “bəyanat” adlanan bu çirkaba imza atan o 210 nəfər “ağıllı” başlarını Qumdan çıxarıb nəhayət, başa düşməlidir ki, bu gün İran islam dünyasının arzuolunmaz həlqəsidir və müsəlmanlar adından danışa biləcək sonuncu dövlətdir. Bütün müsəlman aləmi İranı dağıdıcı və bölücü radikal terror dövləti kimi tanıyır. Çünki İranın harada adı, harada emissarı varsa orada ölüm var, işgəncə var, əxlaqsızlıq var, günah var.

“Azərbaycanda beyni yuyulmuş, yaxud Qumda gizli videosu çəkilərək təhdid altında İrana işləməyə məcbur edilən 3-5 yaramazın, xəyanətkarın olması Tehranı cəsarətləndirməsin. Azərbaycan cəmiyyətinin dibində olan narkomanlardan, zirzəmi mollalarından, beynini və şəxsiyyətini Qumda qoyub gəlmiş başıpozuqlardan mədət uman vİrandan fərqli olaraq bizim İranda ürəyi Azərbaycanla döyünən, özü-sözü bir, müzəffər lider İlham Əliyevin bir əmrinə müntəzir olan 35 milyon əsgərimiz var. Biz istəsək sizə dövlətin daxili işinə qarışmaq necə olur göstərərik.

Kimə güvənirsiz siz? Hərbi gücünüzəmi? Hansı hərbi güc, Araz kənarında gölməçədə tank aşıran orduya, yoxsa Qarabağa işğalçılara kömək üçün gəlib qabağımızdan qaçan fərari mollalara?

Bunların ağlı İran daxilində divan tutduqları əliyalın insanlara, asdıqları qadınlara, zəhərlədikləri uşaqlara getməsin, İran anlasın ki, qarşısında qüdrətli Azərbaycan var. İran hər dəfə həddini aşdıqca bu Azərbaycan bir az da böyüyür və daha da bütövləşir”, - deyə Bəhruz Məhərrəmov əlavə edib.

Deputatın sözlərinə görə, İranın bu cür təxribatçı davranışları Azərbaycanda bir həqiqəti də növbəti dəfə aydınlığa çıxardı ki, özünü müxalifət hesab edən antimilli dairələr Azərbaycan əleyhinə hər kəslə əməkdaşlığa hazırdır. Bu gün antimilli Şura, onun sosial mediaya birə darışmış xain ünsürləri açıq formada İran təxribatlarına dəstək verməkədirlər. İrana münasibətdə susmaqla, İranın Azərbaycandakı casuslarını isə müdafiə etməklə, belə bir fon yaratmaq niyyətindədirlər ki, sanki, biz İran casusları yox, dindarları hədəfə almışıq. Amma başa düşmürlər ki, Heydər Əliyev və İlham Əliyev hakimiyyəti illərində ölkədə tikilən məscidlərin sayı sizin üzvlərinizin sayından çoxdur. Ola bilsin, “Kərimə” dövlətini bunlar “Kərimli” dövləti kimi başa düşürlər, amma hər bir halda bilsinlər ki, İrana, Tehran dövlətinin beyni yuyulmuş casuslarına möhtac olmuş bir müxalifət, bu xalq üçün ətrafa üfunət yayan iylənmiş bir cəsəddir.

“Hər kəs anlasın ki, bu dövlət tarixi proseslərin təbii axarında güclənib qalib Azərbaycan olmayıb. Bu dövləti Ulu Öndər Heydər Əliyev qurub, bu dövləti Prezident İlham Əliyev tariximizin ən qüdrətli dövlətinə çevirib.

Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinə sadiq, demokratik, hüquqi, dünyəvi, unitar respublika olan Azərbaycan suveren dövlət kimi özünə tərəfdaş, müttəfiq seçməkdə sərbəstdir və nə İran, nə onun çıxıntıları heç bir formada bu məsələdə, o cümlədən İsrail-Azərbaycan dostluğunda, qardaşlığında söz sahibi deyil və ola da bilməz”, - deyən Bəhruz Məhərrəmov fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Elgün Hacıyev: Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq mexanizmlər çərçivəsində nəzərdən keçirilməlidir

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı