İsmayıllı rayonunun turizm imkanları genişlənir
Bakı, 8 iyul (AZƏRTAC). Azərbaycanın əsrarəngiz guşələrindən olan İsmayıllı rayonunda turizmin inkişafı istiqamətində son illərdə bir sıra mühüm layihələrin həyata keçirilməsi bu diyarın ölkəmizin cəlbedici turizm mərkəzlərindən birinə çevrilməsinə şərait yaratmışdır.
Rayon mədəniyyət və turizm şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, rayonda turizm infrastrukturunun genişləndirilməsi sayəsində İsmayıllıya gələn turistlərin sayında ildən-ilə artım hiss olunur. Əgər 2009-cu ildə rayona 15 min turist gəlmişdisə, növbəti ildə bu rəqəm 25 minə, 2011-ci ildə isə İsmayıllının tarixində rekord həddə - 59 min 500 nəfərə çatmışdır.
İlkin proqnozlara əsasən, cari ildə İsmayıllıya turist axını daha da sürətlənəcəkdir. Bu ilin mayında Bakıda uğurla keçirilmiş “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı ölkəmizə gəlmiş çoxsaylı turistlərdən böyük bir qrupunun İsmayıllıda olması, bu ecazkar diyardan xoş təəssüratla ayrılması belə qənaətə gəlməyə əsas verir.
Azərbaycanda 2012-ci ilin yay turizm mövsümünə rəsmən start verilməsi İsmayıllının hər cür imkan və şəraitə malik turizm mərkəzlərində də canlanmaya səbəb olmuşdur. Hazırda hər gün respublikamızın müxtəlif bölgələrindən, xüsusilə xarici ölkələrdən bu rayona çoxlu sayda turist gəlir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]