İsmayıllıda indiyədək 100 min tondan çox qaba yem tədarük olunub
İsmayıllı, 1 iyul, AZƏRTAC
İsmayıllı rayonunda qaba yem tədarükü davam edir. Hazırda yonca sahələrində ikinci biçin aparılır.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, heyvandarlıq İsmayıllıda kənd təsərrüfatının aparıcı sahələrindəndir. Burada 49 min baş iribuynuzlu mal-qara, 170 min baş davar bəslənilir. Hər il rayonda heyvanlar üçün orta hesabla 150 min ton qaba yem yığılır. Cari ildə də mal-qara və davarların qış aylarında kifayət qədər qaba yemlə təminatı üçün ciddi səy göstərilir. Artıq 100 min tondan çox qaba yem tədarük olunub və bu istiqamətdə tədbirlər davam etdirilir.
Qeyd edək ki, rayonda 139,1 hektar yonca sahəsi var. Bunun 70,3 hektarı cari ildə əkilib. Heyvandarlar yoncadan yaşıl yem, həm də qış ayları üçün quru ot kimi istifadə edirlər. Yonca sahələri suvarılan ərazilərdə 4-5 dəfə, dəmyə yerlərdə isə 3 dəfə biçilir. Hazırda hər yerdə ikinci biçinin tezliklə başa çatdırılması üçün ciddi səy göstərilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]