REGİONLAR
İsmayıllıda yanğının meşə ərazisinə keçməsinin qarşısı alınıb VİDEO



İsmayıllı, 31 avqust, AZƏRTAC
Ötən gün İsmayıllı rayonunda baş verən yanğın axşam saatlarında söndürülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın rayonun Şəbiyan kəndinə yaxın ərazidə baş verib. Hadisə barədə Fövqəladə Hallar Nazirliyinin “112 qaynar xətt” mərkəzinə məlumat verilib və əraziyə tezliklə rayon yanğından mühafizə hissəsinin 3 maşını və 30 nəfər canlı qüvvəsi gəlib. Onların səyi nəticəsində yanğın söndürülüb və meşəlik ərazilərə yayılmasının qarşısı alınıb. Yanğın nəticəsində 5 hektar kol-kos və örüş sahəsi yanıb.
Hazırda yanğının baş verməsinin səbəbləri araşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.11.2023 [13:53]
Kədərlə sevinc bir arada - Ağdamın qızılı payızı FOTOREPORTAJ VİDEO
- 30.11.2023 [13:38]
Bərdədə 10 ədəd odlu silah polisə təhvil verilib
- 30.11.2023 [13:11]
Şəkinin meyvə və üzüm bağlarında mövsümi tədbirlər görülür
- 30.11.2023 [12:23]
Biləsuvarda usta işlədiyi evdə yıxılıb öldü
- 30.11.2023 [11:47]