İSPANİYA KRALLIĞI NAZİRLƏR ŞURASININ SƏDRİ ZATİ-ALİLƏRİ CƏNAB XOSE LUİS RODRİGES SAPATEROYA
Hörmətli cənab Sədr,
Milli bayramınız - İspaniyanın milli günü münasibətilə Sizə və bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Əminəm ki, Azərbaycan-İspaniya dostluğu və əməkdaşlığının inkişafı yolunda atdığımız addımlar xalqlarımızın iradəsini əks etdirərək, ikitərəfli münasibətlərimizin səviyyəsini gündən-günə yüksəldəcəkdir.
Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 3 oktyabr 2007-ci il.