İSRAİL LİVAN XALQINI ACINDAN ÖLDÜRMƏK İSTƏYİR
Onun sözlərinə görə, avqustun 4-də gecə İsrail hərbi hava qüvvələri ölkəyə ərzaq və yanacaq gətirilən yeganə dağ yolunu bombalamışdır. Prezident demişdir: “Yolların və körpülərin bombalanması infrastrukturu dağıtmağa, ölkəni blokadaya almağa və Livan vətəndaşlarını acından öldürməyə yönəldilmişdir. İsrailin Livanda törətdiyi əməllər elan edilmiş məqsədlərdən kənara çıxır və belə düşünməyə əsas verir ki, İsrail rəhbərliyi ölkəmizi viran qoymağı qərara almışdır”.
Xatırladaq ki, avqustun 4-də gecə İsrail aviasiyası Beyruta zərbələr endirmişdir. Nəticədə beş livanlı həlak olmuş, 10 adam yaralanmış, körpülər dağıdılmış və yollarda nəqliyyatın hərəkəti dayandırılmışdır.
İsrail tərəfinin məlumatına görə, “Hizbullah”a məxsus olan obyektlərə hücum edilmişdir. Nəticədə “Hizbullah”ın beş yaraqlısı öldürülmüş və bir neçə istehkamı tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]
Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib
- 15.10.2026 [16:03]
Çinin xarici ticarətinin barometri olan Kanton sərgisi başlayıb
- 15.10.2026 [15:43]