İsrail yığmasının Bakıda keçiriləcək “Böyük dəbilqə” turniri üçün heyəti açıqlanıb
Bakı, 11 oktyabr, AZƏRTAC
Noyabrın 5-7-də Bakıda cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək.
AZƏRTAC Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, turnirə qatılacaq İsrail komandasının heyəti açıqlanıb. Belə ki, qadınların turnirində Şira Rişoni (48 kq), Gefen Primo (52 kq), Kerem Primo (57 kq), İnbal Şemeş (63 kq), İnbar Lanir (78 kq) və Raz Herşko (+78 kq) mübarizə aparacaqlar.
Qeyd edək ki, indiyədək “Böyük dəbilqə” turnirində 12 ölkədən 56 idmançının iştirakı təsdiqlənib. Paytaxtımızda keçiriləcək nüfuzlu yarışda iştirak edəcək Azərbaycan komandasının heyəti isə hələ açıqlanmayıb.
Cüdo üzrə “Böyük dəbilqə” turniri Bakıda 2013-cü ildən keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]