İSRAİLDƏ KEÇİRİLƏN BƏLƏDİYYƏ SEÇKİLƏRİNDƏ DAHA BİR HƏMYERLİMİZ İŞTİRAK EDƏCƏKDİR
Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (Azİs) İdarə Heyətinin üzvü olan Y.Boçarov Hayfa şəhəri merinin müavini vəzifəsinə namizədliyini irəli sürmüşdür. Hayfa əhalisinin sayına görə İsrailin üçüncü böyük şəhəridir və burada Azərbaycandan köçmüş çoxlu sayda yəhudi yaşayır.
Yuri Boçarov 1958-ci ildə Bakıda anadan olmuşdur. 1991-ci ildə İsrailə köçən Y.Boçarov 2007-ci ildən Hayfa şəhər bələdiyyəsində rusdilli əhali ilə iş üzrə əlaqələndirici vəzifəsində çalışır. O, 1998-2003-cü illərdə deputat olmuş, Neşer şəhəri merinin müavini işləmişdir.
İsraildə keçiriləcək bələdiyyə seçkilərində iştirak edən digər iki həmyerlimiz - Adam Amilov və Mixemia Mixailli Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (Azİs) vitse-prezidentləridir. Mixemia Mixailli seçkilərdə Akko şəhərinin meri vəzifəsi uğrunda mubarizə aparır. Adam Amilov isə Kiryat Yam şəhərində merin muavini vəsifəsinə iddialıdır.
2007-ci ilin aprelində təsis edilmiş Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının (Azİs) İsraildəki azərbaycanlıların təşkilatlanması, onların ölkənin ictimai-siyasi həyatında fəallığının artmasında rolu böyükdur. Azİs-in İsraildə 40 mindən çox üzvü var və onlar seçkilərə qatılan namizədlərə səs verəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]