İstanbulda qəzaya uğramış təyyarənin “qara qutu”suna dair ilkin hesabatın məzmunu açıqlanıb
İstanbul, 11 mart, AZƏRTAC
İstanbulun Sabiha Gökçən hava limanında qəzaya uğramış təyyarənin “qara qutu”sunun araşdırılmasına dair ilkin hesabatın məzmunu açıqlanıb.
AZƏRTAC xəbər verir ki, "qara qutu"nun səs yazısına əsasən hazırlanmış hesabatda enməmişdən təxminən altı dəqiqə əvvəl təyyarəni ildırımın vurduğu, pilotların qəza ehtimalına qarşı təcili eniş etmək istədikləri bildirilir. Eniş əsnasında əl əyləcindən düzgün istifadə edilməməsi səbəbindən sürət dəyişikliyində xətanın olduğu qeyd edilir.
Hadisə ilə bağlı Anadolu Baş Prokurorluğu tərəfindən istintaq aparılır.
Xatırladaq ki, fevralın 5-də İzmir-İstanbul aviareysi üzrə hərəkət edən sərnişin təyyarəsi İstanbulun Sabiha Gökçən hava limanına sərt eniş edərkən uçuş-enmə zolağından çıxıb və üç hissəyə parçalanıb. Hadisə nəticəsində üç nəfər həlak olub.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]
Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib
- 15.10.2026 [16:03]