Azərbaycan Dövlət İnformasiya Agentliyi

“İstedad-XXI əsr” hazırlıq kursları üçün yeni tədris binası istifadəyə verilib

Naxçıvan, 11 sentyabr, AZƏRTAC

Sentyabrın 11-də Naxçıvan şəhərində “İstedad-XXI əsr” hazırlıq kursları üçün yeni tədris binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, 300 şagird yerlik və 4 mərtəbəli yeni tədris binasında 2-si elektron lövhəli olmaqla 20 sinif otağı, 2 kompüter otağı, müəllimlər otağı, imtahan mərkəzi, iclas zalı, qeydiyyat və mühasibatlıq otaqları, eləcə də bufet fəaliyyət göstərir. Binada 12 kompüter quraşdırılıb və internetə qoşulub. Kursda fərdi və qrup şəklində abituriyent hazırlığı, 5-8-ci siniflər üzrə hazırlıq, dövlət qulluğuna hazırlıq, məktəbəqədər hazırlıq, ingilis, rus, alman, fransız, ispan və fars dilləri üzrə kurslar, məntiq kursları, kompüter və magistraturaya hazırlıq aparılır. Naxçıvan şəhəri ilə yanaşı, bu tədris ilindən Şərur, Ordubad, Culfa və Şahbuz rayonlarında da istedad kurslarının filialları fəaliyyət göstərir. Tədris prosesində Dövlət İmtahan Mərkəzinin proqramlarına uyğun dərs vəsaitləri və testlərdən istifadə edilir. Yay tətili dövründə isə tədris proqramına uyğun olaraq yay məktəbləri təşkil olunur, şagirdlər müxtəlif zəka təlimlərində və bilik yarışlarında iştirak edirlər. Kurs müddətində və kurs sonunda şagirdlər təcrübəli müəllimlər və psixoloqlar tərəfindən psixoloji vəziyyətin yaxşılaşması üçün seminar və treninqlərə cəlb olunurlar.

Tədris binasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamına uyğun olaraq “Oxunması zəruri olan kitablar”dan ibarət guşə yaradılıb.

İmtahan mərkəzində quraşdırılan müasir avadanlıqlar imkan verir ki, ümumtəhsil məktəblərində keçirilən sınaq imtahanlarının nəticələri onlayn şəkildə hər bir şagirdə fərdi iş nömrəsi vasitəsilə çatdırılsın. Həmçinin binada elektron idarəetmə proqramı mövcuddur. Hər bir filial mərkəzlə bu sistem vasitəsilə əlaqəli şəkildə fəaliyyət göstərir, eyni zamanda valideynlər övladlarının nəticələrini onlayn izləyə bilirlər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “İstedad-XXI əsr” hazırlıq kurslarının yeni tədris binasının istifadəyə verilməsi münasibətilə kursun dinləyicilərini və pedaqoji kollektivi təbrik edərək deyib: Ölkəmizdə təhsilə qayğı və bu sahədə dönüşün yaradılması ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə mümkün olmuşdur. Ulu Öndər Sovet Birliyi dövründə Azərbaycanda təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirmiş, yaxşı oxuyan gənclər ittifaqın yüksək ali məktəblərində təhsil almağa göndərilmişdir. Məhz həmin illərdə yetişən gənclər Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmizin inkişafında yaxından iştirak etmiş, dövlət müstəqilliyinin qorunmasına öz töhfələrini vermişlər. Bu gün təhsil alan gənclər isə müstəqil Azərbaycanın gələcək təminatçılarıdır.

Ali Məclisin Sədri dahilərin “Əgər bir ölkənin gələcəyini bilmək istəyirsənsə, onun gəncliyinə nəzər salmaq lazımdır”, - fikrini xatırladaraq deyib: Əgər gənclik təhsilli, dünyagörüşlü və vətənpərvərdirsə, onda ölkə də inkişaf edəcək, dövlət müstəqilliyi əbədi olacaqdır. Bu mənada hər bir ölkənin inkişafı, müstəqilliyinin qorunması və etibarlı gələcəyi təhsillə bağlıdır. Təhsilə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir. Bu gün müstəqil Azərbaycanda təhsilin inkişafına xüsusi diqqət yetirilir, müasir tədrisin tələblərinə uyğun infrastruktur yaradılır, hərtərəfli biliyə malik, intellektli və vətənpərvər gənclər yetişdirilir, yaxşı oxuyan gənclər xaricdə ali təhsil almağa göndərilirlər. Eyni zamanda, ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında orta, peşə, orta ixtisas, ali və akademik təhsil pillələri üzrə yaradılan şərait təhsil sahəsində qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verir.

Ali Məclisin Sədri deyib: Təhsili inkişaf etdirməyin müxtəlif yolları vardır. Bunların içərisində orta təhsil mühüm yer tutur. Çünki təhsilin əsası orta məktəblərdə qoyulur. Şagirdlər məktəblərdə tədris proqramına uyğun biliklərə yiyələnməklə yanaşı, həm də yaradılan zəngin kitabxanalardan istifadə edərək dünyagörüşlərini formalaşdırırlar. Gənclərin hərtərəfli biliklərə malik olmasında hazırlıq kurslarının da mühüm rolu vardır. Dünya tədris sistemində qəbul olunmuş bir prinsip var: gənclər dəqiq elmləri yaxşı oxumalı, xarici dil bilməli və seçdiyi ixtisasa uyğun fənləri dərindən öyrənməlidir. Qarşıya qoyulan bu vəzifələr ümumtəhsil məktəbləri ilə yanaşı, hazırlıq kurslarında da tədrisin əsasını təşkil etməlidir. Hər bir gənc yaradılan tədris şəraitindən düzgün istifadə etməli, Ana dilini yaxşı bilməli, xarici dil öyrənməli, dəqiq elmləri və seçdiyi ixtisas üzrə fənləri yaxşı oxumalıdır. Bu gün “İstedad-XXI əsr” hazırlıq kurslarında orta məktəb bazasında hazırlıq, dövlət qulluğuna qəbul üçün hazırlıq, xarici dil öyrənmək və digər sahələr üzrə kurslar fəaliyyət göstərir. Bu da gənclərin hərtərəfli biliklərə yiyələnməsinə və dünya tədris sisteminə inteqrasiyasına imkan verəcəkdir.

Ali Məclisin Sədri deyib: Muxtar respublikada təhsil sahəsində görülən işlər qarşıda duran əsas vəzifələrdəndir. Son illər muxtar respublikada yeni məktəb binaları tikilərək istifadəyə verilmiş, müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılmış, tədrisin hərtərəfli təşkili üçün lazımi şərait yaradılmışdır. Bu tədris ilində də muxtar respublikada yeni məktəb binaları istifadəyə veriləcəkdir. Həmçinin muxtar respublikanın bütün ümumtəhsil məktəblərində xarici dillər tədris olunur. Bu gün orta məktəbləri və hazırlıq kurslarını uğurla başa vuran gənclər istənilən ölkədə ali təhsil almaq imkanına malikdirlər. Bütün bunlar ona görə həyata keçilir ki, biz ölkəmizin gələcəyini düşünürük. Bu gələcəyin təminatçıları olan gənclərin yaxşı təhsil almasını, dünyagörüşlü və vətənpərvər böyüməsini istəyirik. Naxçıvan Muxtar Respublikasında hər il ali məktəblərə qəbul olanların və yüksək bal toplayanların sayının artması, dövlət qulluğuna qəbulda gənclərin uğurlu nəticə göstərməsi onu deməyə əsas verir ki, artıq ölkəmizdə təhsilə göstərilən qayğı, bu sahədə yaradılan şərait öz bəhrəsini verir. “İstedad-XXI əsr” hazırlıq kursları üçün istifadəyə verilən yeni tədris binası və yaradılan şərait bu işləri daha da sürətləndirəcək, gənclər bundan sonra da hərtərəfli təhsil alaraq göstərilən etimadı doğruldacaqlar.

Ali Məclisin Sədri kollektivi bir daha təbrik edib, təşkilatçılara təşəkkürünü bildirib.

“İstedad-XXI əsr” hazırlıq kurslarının direktoru Elbrus İsayev tədbirdə çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı sahəsində həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq 2014-2015-ci tədris ilində “İstedad-XXI əsr” hazırlıq kursları fəaliyyətə başlayıb. Kurs təlim-tərbiyə prosesinin təşkilini, tədris materiallarının keyfiyyətlə mənimsənilməsini, şagirdlərin qabiliyyətlərinin inkişaf etdirilməsini əsas fəaliyyət istiqaməti kimi müəyyən edib. Burada ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər üçün qrup və fərdi şəkildə dərslər təşkil olunur. Kursun fəaliyyət istiqamətlərindən biri də muxtar respublika ümumtəhsil məktəblərinin şagirdləri üçün aylıq test-sınaq imtahanlarının keçirilməsidir. Artıq kurs tərəfindən dərs vəsaitləri də çap olunur, tədris proqramının daha operativ şəkildə mənimsənilməsi diqqətdə saxlanılır. Fəaliyyət göstərdiyi dövrdə kursun məzunlarından 86-sı 500-700 arası bal toplayıb ki, onlardan da 5-i Prezident təqaüdünə layiq görülüb. 2016-2017-ci tədris ili üzrə kursu bitirən 189 məzunun hər biri ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Elbrus İsayev muxtar respublikada təhsilin hərtərəfli inkişafına göstərilən diqqət və qayğıya görə kollektiv adından minnətdarlıq edib.

Tədris korpusunda fərdi qazanxana və mərkəzi soyutma sistemi quraşdırılıb, binanın həyətində abadlıq işləri aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Elgün Hacıyev: Qərbi azərbaycanlıların qayıdış hüququ beynəlxalq mexanizmlər çərçivəsində nəzərdən keçirilməlidir

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb

Soydaşlarımız Anım Gününü Tbilisidə və Saqarecoda qeyd ediblər

Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar

Şəfəq Mehrəliyeva: Mir Cəlal Paşayev yaradıcılığının əsas gücü sadə süjet və yığcam ifadələrlə dərin fikirlər ortaya qoymasıdır

“Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək

Çində Azərbaycan dili ixtisası üzrə magistraturaya ilk tələbə qəbulu aparılıb

Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir

Şəhid anası: Nicat haqq-ədalətə hər şeydən çox önəm verərdi

İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı