İsveçdəki Azərbaycan diasporu Respublika Günü münasibətilə tədbir keçirmişdir
Stokholm, 30 may (AZƏRTAC). İsveçdəki Azərbaycan diasporu Respublika Günü münasibətilə tədbir keçirmişdir.
“Odlar yurdu” İsveç-Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkil etdiyi tədbirdə Türkiyə və Azərbaycan diasporlarının nümayəndələri, jurnalistlər iştirak etmişlər.
Əvvəlcə Azərbaycanın Dövlət himni səslənmişdir.
Tədbirdə İsveç-Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri Sevinc Bakılı hamını əlamətdar bayram münasibətilə təbrik etmişdir. O, tədbir iştirakçılarına Azərbaycan dövlətçiliyinin təşəkkülü və inkişafı barədə danışmışdır. S.Bakılı vurğulamışdır ki, hazırda Azərbaycan azad, inamla inkişaf edən, güclü dövlətdir. Bu isə hər bir azərbaycanlı üçün qürur mənbəyidir.
Daha sonra İsveçdəki Azərbaycan diasporunun nümayəndələri çıxış edərək Azərbaycan dövlətçiliyinin sarsılmazlığına əminliklərini bildirmişlər.
Rauf Əliyev AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]