İsveçrəli tennisçi Rocer Federer yeni reytinq cədvəlində “Top-10”nu tərk edəcək
Bakı, 12 oktyabr, AZƏRTAC
İndian-Uells (ABŞ) turniri başa çatdıqdan sonra Peşəkar Tennisçilər Assosiasiyası (ATP) raketka ustalarının yeni reytinq cədvəlini açıqlayacaq.
AZƏRTAC xarici KİV-ə istinadən xəbər verir ki, yeni cədvəldə “Böyük dəbilqə”nin 20 qat qalibi, “tennis kralı” ləqəbini daşıyan isveçrəli Rocer Federer 2017-ci ilin yanvarından bəri ilk dəfə olaraq, “Top-10”nu tərk edəcək. Buna İndian-Uells turnirinin üçüncü mərhələsində polşalı Xubert Xurkaçın ABŞ təmsilçisi Frensis Tiyafunu (6:3, 6:2) məğlub etməsi səbəb olacaq.
Yeni cədvəldə Xurkaçın reytinq mövqeyini yaxşılaşdırması 40 yaşlı raketka ustasını ən azı 11-ci pilləyə atacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]