İtaliyada koronavirusdan sağalanların sayında artım müşahidə olunmağa başlayıb
Roma, 31 mart, AZƏRTAC
İtaliyada koronavirusdan sağalanların sayında artım, yeni yoluxma hallarında isə azalma müşahidə olunmağa başlayıb.
AZƏRTAC xəbər verir ki, indiyədək ölkə üzə 100 mindən çox yoluxma faktı təsdiqlənib.
Son hesablamalara görə, vəfat edənlərin sayı hələ də artsa da, yeni yoluxanların sayında ciddi azalma qeydə alınıb. Həyatını itirənlərin əksəriyyəti əvvəl yoluxmuş insanlardır.
Ölkə hələ də izolyasiya vəziyyətindədir. Virusun daha az yayıldığı cənub bölgəsində isə insanlar ümumi həmrəylik göstərərək evdən çıxmırlar.
Baş Nazir Cüzeppe Konte son iclasda deyib ki, müsbət tendensiya davam edərsə, gələn həftə bir sıra istehsal müəssisələrinin açılması məsələsi müzakirəyə çıxarıla bilər.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:25]
BBC Trampın məhkəmədə ifadə verməyə məcbur edilməsini tələb edir
- 14.10.2026 [12:43]
Yaponiyada fövqəladə məlumatlandırma xidmətləri dayandırılıb
- 14.10.2026 [12:33]
Misir Dünya Bankı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir
- 14.10.2026 [12:26]