İtaliyanın Lampeduza adasına ötən gecə 333 miqrant gəlib
Roma, 5 aprel, AZƏRTAC
İtaliyanın cənubundakı Lampeduza adasına ötən gecə yeddi kiçik qayıqda ümumilikdə 333 miqrant qəbul olunub.
AZƏRTAC xəbər verir ki, altı qayıqdakı mühacirlər adanın sahillərində İtaliya maliyyə polisi və sahil mühafizə xidmətinin patrul gəmiləri tərəfindən xilas edilib. Digər qayıq isə adaya çata bilib.
Ötən sutka ərzində isə adaya 16 qayıqla ümumilikdə 670 miqrant gəlib. Onların əksəriyyətinin Banqladeş, Misir, Pakistan, Qambiya, Nigeriya, Seneqal, Qvineya, Malayziya vətəndaşları olduqları, Liviya və Tunisdən müxtəlif qayıqlarla yola çıxdıqları bildirilib.
Miqrantlar ilkin tibbi müayinədən sonra adadakı düşərgəyə aparılıb. Onların əksəriyyəti qadınlar və yetkinlik yaşına çatmayanlardır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]
Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib
- 15.10.2026 [16:03]