KANADA AZƏRBAYCAN ƏMƏKDAŞLIQ ASSOSİASİYASI BMT-NİN KANADA TƏŞKİLATLARI ŞURASINA ÜZV SEÇİLMİŞDİR
Kanada Azərbaycan Əməkdaşlıq Assosiasiyası (KAƏA) BMT-nin Kanada Təşkilatları Şurasına üzv seçilmişdir. Assosiasiyanın prezidenti, Makmaster Universitetinin professoru İlham Axundov AZƏRTAC-a bildirmişdir ki, Şuraya üzvlük KAƏA-ya BMT çərçivəsində baxılan məsələlərlə əlaqədar veriləcək bütün birgə bəyanatların hazırlanmasında, Şuranın BMT məsələləri ilə bağlı illik forumunda, xüsusi tədbirlərində və illik baş toplantısında iştirak etmək, habelə BMT-nin Kanada informasiya şəbəkəsinə giriş və sair kimi imkanlar yaradacaqdır. Həmvətənimiz demişdir ki, bu yeni imkanlardan Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqamətlərinin dəstəklənməsi üçün istifadə olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]