KEÇƏN AY RUSİYADA MÜXTƏLİF QƏZALAR VƏ FÖVQƏLADƏ HADİSƏLƏR NƏTİCƏSİNDƏ 4400 ADAM HƏLAK OLMUŞDUR
Həmin müddətdə Rusiyada 26 min 767 yanğın baş vermiş və onların nəticəsində 506 adam həlak olmuş, 4 min 525 nəfər xəsarət almışdır. 2006-cı ilin əvvəlindən bəri isə ölkədə 126 min 819 yanğın qeydə alınmış, bu zaman 9 min 849 adam həlak olmuşdur. Bununla belə, 2005-ci ilin müvafiq dövrü ilə müqayisədə yanğınların sayı 2,1 faiz, həlak olanların sayı isə 5,3 faiz azalmışdır.
İyulda sularda 1903 hadisə baş vermiş, onların nəticəsində 1478 adam ölmüş və 2402 nəfər xəsarət almış, 924-ü xilas edilmişdir. İlin əvvəlindən bəri isə təxminən 5 min belə hadisə olmuş, bu zaman 4361 adam ölmüşdür. 2005-ci ilin müvafiq dövrü ilə müqayisədə sularda hadisələrin sayı 27,7 faiz, həlak olanların sayı isə 34,3 faiz azalmışdır.
Ötən ay Rusiya yollarında 21 min 449 nəqliyyat hadisəsi qeydə alınmışdır. Qəzalar nəticəsində 2416 adam həlak olmuş və 20 min 884 nəfər yaralanmışdır. 16 min 789 nəfər xilas edilmişdir. İlin əvvəlindən bəri ölkədə 112 min 692 yol-nəqliyyat hadisəsi baş vermiş, bu zaman 11 min 761 nəfər həlak olmuşdur. 2005-ci ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələri 1,4 faiz, həlak olanların sayı isə 20,1 faiz azalmışdır.