“Kəpəz” klubunun İdarə Heyətinin iclası keçirilib, bir sıra qərarlar qəbul olunub
Bakı, 4 sentyabr, AZƏRTAC
“Kəpəz” klubunun İdarə Heyətinin iclası keçirilib.
Bölgə təmsilçisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə İdarə Heyətinin sədri, üzvləri və baş məşqçi Adil Şükürov iştirak ediblər.
İclasda komandanın Premyer Liqanın ilk üç turunda göstərdiyi nəticələr müzakirə olunub. Klub rəhbərliyi kollektivin hər üç matçda məğlub olmasından narahatlığını ifadə edib. Baş məşqçinin qarşısına növbəti üç tur ərzində komandanı toparlamaq və xalların bərpa olunması hədəf olaraq qoyulub.
Bundan əlavə, iclasda bir sıra qərarlar qəbul olunub. Belə ki, Erkin İbrahimov İdarə Heyətinin üzvlüyündən ayrılmaq istədiyini açıqlayıb. Nəticədə o, İdarə Heyətinin üzvlüyündən çıxarılıb. Digər struktur dəyişiklikləri barədə isə yaxın günlərdə məlumat veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]