İDMAN
“Kəpəz” U-11 Liqasının qalibi adını qazanıb
Bakı, 25 may, AZƏRTAC
AFFA-nın U-11 Liqasının 2015/2016-cı il mövsümünə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, final oyununda “Kəpəz” və “Qəbələ” komandaları qarşılaşıb. Oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha 1 dəfə fərqlənən “Kəpəz” U-11 Liqasının 2015/2016-cı il mövsümünün qalibi adını qazanıb. Üçüncü yeri isə "Xəzər-Lənkəran"ı 7:3 hesabı ilə məğlub edən "Neftçi" komandası tutub.
Qarşılaşmadan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, “Kəpəz”in Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu və futbol veteranı Rüstəm Rəhimov təqdim ediblər.
Liqanın bombardiri 60 qolla “Kəpəz” komandasının futbolçusu Sadiq Şəfiyev olub. “Neftçi”nin oyunçusu Təhmasib Həmidli “Fair-play” mükafatına layiq görülüb. Eşqin Əhmədov (“Qəbələ”) liqanın ən yaxşı futbolçusu seçilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [19:40]
Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun açılış mərasimi olub
- 03.05.2024 [18:59]
Kanadalı idmançı: Azərbaycanda gimnastikaya böyük maraq var
- 03.05.2024 [18:00]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” oyununun hakimləri müəyyənləşib
- 03.05.2024 [17:19]
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
- 03.05.2024 [16:54]