Kir Starmer Məsud Pezeşkian ilə telefon danışığı aparıb
London, 13 avqust, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Kir Starmer Yaxın Şərqdə gərginliyi azaltmaq üçün beynəlxalq səylər çərçivəsində İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Britaniya baş nazirliyinin ofisi məlumat yayıb. Bildirilib ki, telefon danışığı 30 dəqiqə çəkib. Kir Starmer İranı İsrailə hücum etməkdən çəkinməyə çağırıb və əlavə edib ki, müharibə heç kimin xeyrinə deyil. Baş nazir regiondakı vəziyyətdən dərindən narahat olduğunu bildirib və bütün tərəfləri gərginliyi azaltmağa, gələcək regional qarşıdurmadan qaçmağa çağırıb.
Qeyd edək ki, bu zəng son üç ildə Böyük Britaniyanın Baş naziri ilə İran Prezidenti arasında baş tutan ilk zəngdir. Bundan öncə isə 2021-ci ilin mart ayında Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson İranın keçmiş Prezidenti Həsən Ruhani ilə telefon danışığı aparmışdı.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [15:42]
Almaniyada bu il iqtisadi artımın 1,3 faiz olacağı proqnozlaşdırılır
- 24.09.2026 [15:25]
Qazaxıstanda regional və yerli şuralara növbədənkənar seçkilər keçiriləcək
- 24.09.2026 [14:44]
Peskov: Putinin G20 sammitində iştirakı ilə bağlı qərar hələ verilməyib
- 24.09.2026 [14:20]
“Səma altında ən gözəl mənzərə” - Sarı Durna qülləsindən FOTOREPORTAJ
- 24.09.2026 [14:13]
Kreml: Paşinyanın Moskvaya səfərinin tarixi hələ razılaşdırılmayıb
- 24.09.2026 [14:09]
Ukrayna Prezidenti Nyu-Yorkda NATO-nun Baş katibi ilə görüşüb
- 24.09.2026 [13:48]
Avropa iqlim dəyişikliyinə uyğunlaşmaya 500 milyard avro xərcləyəcək
ABŞ-nin neft ehtiyatları artır
- [13:07]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]