MƏDƏNİYYƏT
Klassika dünyasına musiqili səyahət
Bakı, 6 yanvar, AZƏRTAC
Yanvarın 12-də Bakıdakı Rus Evində (RİMM) “Klassika dünyasına musiqili səyahət” adlı konsert keçiriləcək.
RİMM-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konsert proqramında Fidan Dəmirova və Zümrüd Davudova (soprano), həmçinin Nərgiz Əliyeva (piano) iştirak edəcəklər.
Qeyd edək ki, Fidan Dəmirova Azərbaycan Milli Konservatoriyasını bitirib, hazırda Moskvada yaşayır. O, nadir səs olan kontraltonun sahibi Qalina Vişnevskayadan Opera İfaçılığı Mərkəzində təlim keçib. Eyni zamanda, Azərbaycanda, həm də xaricdə uğurla keçirilən musiqi layihələrinin müəllifidir.
Beynəlxalq festival və müsabiqələrin laureatı olan Zümrüd Davudova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.
Avropa Elmlər Akademiyasının “Motsart” medalının sahibi, Əməkdar artist Nərgiz Əliyeva dəfələrlə xaricdə keçirilən konsert və festivallarda Azərbaycanı təmsil edib. O, hazırda Qara Qarayev adına Azərbaycan Kamera Orkestrinin rəhbəridir.