Kolumbiyanın xəbər portalı “Azərbaycan-Odlar Yurdu” sərlövhəli məqalə yayıb
Bakı, 23 dekabr, AZƏRTAC
Kolumbiyanın “reporterosonline.com” xəbər portalı “Azərbaycan-Odlar Yurdu” sərlövhəli məqalə yayıb.
Azərbaycanın Meksikadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, məqalədə ölkəmizin son illər əldə etdiyi nailiyyətlərdən bəhs olunur. Müəllif Azərbaycanda gedən iqtisadi inkişaf proseslərini xüsusi vurğulayır. Təbii resurslardan və reallaşdırılan nəhəng enerji layihələrindən ölkənin müstəqilliyinin möhkəmləndirilməsi və iqtisadiyyatının daha da inkişaf etdirilməsi üçün istifadə olunduğu diqqətə çatdırılır.
Yazıda Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən də bəhs edilir, Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla Azərbaycan ərazisinin 20 faizinin işğal edildiyi vurğulanır. Kolumbiya Senatının 2012-ci ildə Ermənistandan işğal olunmuş Azərbaycan torpaqlarından silahlı qüvvələrini geri çəkməyi tələb etdiyi xatırlanır.
Məqalənin tam mətni ilə http://reporterosonline.com/index.php/noticias-del-dia/1287-azerbaiyan-el-pais-del-fuego linkindən tanış olmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [12:46]
Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir
- 28.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 28 sentyabr
- 27.09.2026 [23:11]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [19:19]