Kuba XİN ABŞ-ın atom sualtı qayığının Quantanamoya daxil olmasını pisləyib
Bakı, 12 iyul, AZƏRTAC
Kuba ABŞ-ın atom sualtı qayığının Quantanamo körfəzinə daxil olmasını pisləyib.
AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, bu barədə Kuba Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda deyilir: “Biz bunu rədd edirik, bu, siyasi və strateji məqsədləri bilinməyən ABŞ-ın təxribatçı addımlarından biridir. Kubanın ərazisi 121 ildən artıqdır ki, qeyri-qanuni işğal altındadır”.
Bəyanatda ABŞ-ın bölgədə 70-dən çox hərbi baza qurduğu və bunun Latın Amerikası və Karib hövzəsi xalqlarının suverenliyinə və mənafelərinə təhdid olduğu vurğulanıb. Eyni zamanda, ABŞ-ın son vaxtlar Latın Amerikası və Karib hövzəsində hərbi varlığını artırdığına diqqət çəkən açıqlamada Kubanın qeyri-qanuni işğal olunmuş torpaqlarının geri qaytarılması tələbi yenidən ifadə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]