KÜLLÜ MİQDARDA SPİRTLİ İÇKİ VƏ TÜTÜN MƏMULATI AŞKARLANMIŞDIR
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, bu ilin yanvar-sentyabr ayları ərzində aksiz markası olmayan və nəzarətdən gizli yollarla keçirilən 58 min 644 litr spirt, 1646 ədəd spirtli içki, 2 milyon 973 mindən çox xaricdə istehsal olunan siqaret aşkarlanmış və bu barədə müvafiq tədbirlər görülmüşdür.