Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 15 santimetr artıb
Bakı, 29 fevral, AZƏRTAC
Fevralın 29-da Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 200-210, Kiçik Qafqazın çaylarında 280-360, Lənkəran-Astara bölgəsi çaylarında isə 20-90 faizini təşkil edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 15 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 255 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 santimetr artım qeydə alınıb. Bu məntəqədə su sərfi saniyədə 98 kubmetr olub. Kür çayının aşağı axınında və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsinin azaldığı müəyyən edilib.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 444, Şirvanda 335, Salyanda 284, Bankədə 217, Novruzlu məntəqəsində isə 160 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]